Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin üzvləri Suqovuşan qəsəbəsinə yola düşdü

19 iyul 2022 | 14:12

30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda aparılan danışıqlar heç bir nəticə göstərmir, düşmən atəşkəs əldə edilməsinə baxmayaraq sərhəd bölgələrimizi atəşə tutur, hərbçilərin, uşaqların, yaşlı insanları öldürməklə cinayətlərini davam etdirirdilər. 2020-ci ilin iyul ayında növbəti erməni təxribatı xalqımızın səbrini tükəndirmiş, minlərələ vətən övladı döyüşə yollanmaq üçün səfərbərliyə yazılmışdır. 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab verən əsgər və zabitlərimizin hünəri tariximizin şanlı səhifəsini yaratdı. Vətən müharibəsi 44 gün davam etdi və Azərbaycan Ordusunun zəfəri ilə başa çatdı. 2020-ci il noyabr ayının 8-də qədim Şuşa şəhərinin azad edilməsi Azərbaycan xalqının vətənpərvərliyini, rəşadətini dünyaya nümayiş etdirdi. Səhəri gün, noyabrın 9-da isə üçtərəfli Bəyanatın imzalanması, Azərbaycan Respublikasının qələbə çalması, Ermənistanın isə məğlub olaraq kapitulyasiyaya uğraması ilə nəticələndi. Bu Vətən müharibəsində torpaqlarımızın azad olunması üçün gecə-gündüz səngərlərdə keşik çəkən əsgər və zabitlərimiz ölümdən qorxmayaraq irəli getdilər, şəhid oldular, fiziki sağlamlıqlarını itirərək qazi oldular, Şanlı Tarix yazdılar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu hərb yolunda zəfər çaldı, masa arxasında düşməni məğlub etdi, XXI əsrdə dünya dövlətləri sırasında qalib dövlət kimi imza qoydu. Azərbaycanın ən yeni tarixini, zəfər dolu illərin sevincini yaşayırıq. Hazırda azad olunan torpaqlarda aparılan tikinti quruculuq işləri sürətlənir. Şəhidlərimizin hər birinin xatirəsi bizim üçün əzizdir. Onların örnək, mübarizlik dolu həyat yolu gənc nəsilə təbliğ olunur. Vətən müharibəsində həlak olan Mingəçevir şəhidlərinin məzarları daim ziyarət olunur, anım günləri, doğum günləri qeyd olunur. İyul ayının 19-da Mingəçevir şəhər İcra Hakimiyyətinin qarşısına toplaşan şəhidlərimizin ailə üzvlərinin Suqovuşan qəsəbəsinə səfərlərinin təşkili üçün keçirilən mərasimdə çıxış edən icra başçısı İlham İsmayılov ərazi bütövlüyümüzün bərpası, işğal altında qalan yurd yerlərimizin azad olunması yolundakı döyüşlərdə canlarından keçən şəhidlərimizin hər birinin xatirəsinin əziz olduğunu qeyd etdi. Qeyd etdi ki: “Şəhidlərin ailə üzvlərinə, övladlarına, əzizlərinə dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğıısı onlara bir təsəllidir. Mingəçevir şəhidlərinin əzizlərinin hər bir arzu və istəyi, problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Bu gün burda toplaşan şəhidlərimizin əzizlərinin azad olunan Suqovuşan qəsəbəsinə səfəri də qəhrəman şəhidlərimizə olan ehtiramın, sevginin nümunəsidir. Bir daha şəhidlərimizin hamsına Allahdan rəhmt diləyir, ruhunuz şad olsun, deyirəm. Çünki onların şücaəti xalqımızın başını uca etdi, tariximizin zəfər səhifəsi yarandı.” Sonra 42 şəhid ailəsinin nümayəndəsi Suqovuşan qəsəbəsinə yola düşdü. Səfər zamanı xatirə şəkilləri çəkilmişdir.

Keçidlər