Şəhər stadionunda təmir-bərpa işlərinə start verildi
19 may 2022 | 17:00
Xəbər verildiyi kimi, Mingəçevirin “Energetik” futbol klubu respublikamızın həvəskar klubları arasında uğurla çıxış edərək yüksək nəticəyə nail olmuş və AFFA İcraiyyə Komitəsinin qərarı ilə gələn mövsümdən “Mingəçevir” adı ilə respublika çempionatının birinci divizionunda çıxış etmək hüququ qazanmışdır. Çoxsaylı azarkeş imkanına malik olan futbol komandamızın maddi-texniki bazasını yaxşılaşdlrmaq və idmançıların təlim məşq bazalarının, əsas meydançasının təmir bərpa işlərini qaydaya salmaq üçün Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq tədbirlərin görülməsi məqsədi ilə əməli işlər həyata keçirir. Bu baxımdan Gənclər və İdman naziri Fərid Qayıbov və AFFA-nın İcraiyyə Komitəsinin rəhbərliyi ilə aparılan görüşlər və söhbətlər öz bəhrəsini verməkdədir. Artıq komandanın gələcək inkişafı ilə bağlı məsələlər öz həllini tapmaqdadır. May ayının 19-da şəhər stadionuna baxış keçirən Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov futnbolçular, azarkeşlər və ictimaiyyət nümayəndələri ilə görüşərkən bu fikirləri qeyd etmişdir: Bildirilmişdir ki, bu gündən başlayaraq şəhər stadionunun əsaslı təmir və bərpa işlərinə başlanmasına start verilir. Bu məqsədlə işin əsas icraçısı olan şəhər Bələdiyyəsinə, mənzil kommunal təsərrüfatı istehsalat birliyinə xüsusi tapşırıqlar verilmişdir. Yəni, stadionun oturacaqları tam qaydaya salınacaq, soyunub geyinmə otaqları və duşxanaları, onların fasad hissələri təmir olunaraq futbolçuların və azarkeşlərin ixtiyarına veriləcək. O cümlədən, şəhər stadionunun ətraf hissələri, yaşıllıqlar nizama salınacaq, burada fiziki cəhətdən öz inkişafını başa vurmuş ağaclar kəsilmə və budanma yolu ilə səliqəyə salınacaq. Bir sözlə, şəhər stadionu insanların həm də gözəl istirahət məskəninə çevriləcəkdir. Bu işdə Gənclər və İdman Nazirliyi başda olmaqla işin gedişini sürətləndirmək məqsədi ilə sahibkarların gücündən də istifadə ediləcəkdir. İcra başçısı şəhərdə aparılan abadlıq-quruculuq işlərindən də söz açdı. Görüş iştirakçılarını maraqlandıran bir sıra suallara aydınlıq gətirildi. Şəhər sakinlərini görülən işlərin qorunmasında, saxlanılmasında ayıq sayıq olmağa və şəhər rəhbərliyinıə dəstək durmağa səslədi. Görüşdə futbolçular və azarkeşlər, onların məşqçiləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirdilər. Əminliklə vurğunlandı ki, “Mingəçevir” futbol komandası öz gözəl oyunları ilə onlara göstərilən etimadı doğruldacaqlar. Sonda Şəhər İcra Hakimiyyətinin təmir bərpa işlərinin gedişi ilə tanış olaraq öz tövsiyyə və məsləhətlərini bildirdi.