Sakinlərlə səyyar görüşlər davam edir
21 oktyabr 2022 | 12:12
Oktyabr ayının 21-də şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 1 nömrəli tam orta məktəbin akt zalında oldu. Görüşə məktəbə yaxın ərazilərdə yaşayan N.Nərimanov və H.Əliyev prospekti ərazisində yaşayan sakinlər dəvətli idilər. Lakin buna baxmayaraq məktəbin akt zalına çoxlu sayda sakinlər gəlmişdilər. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri salamladıqdan sonra ölkəmizdə və şəhərimizdə baş verən yeniliklər haqqında qısa məlumat verid. Qeyd etdi ki, ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədən sonra öz azadlığına qovuşmuş bölgələrimizdə böyük abadlıq-quruculuq işləri həyata keçirilir, yeni-yeni layihələrin təməli qoyulur. Başlıca olaraq Zəngilanda yeni Beynəlxalq aeroportun açılşını xüsusilə qeyd etmək istəyirəm. Məlum olduğu kimi bu nəhəng aeroportun açılışında Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğan iştirak edirdi. Beynəlxalq aləmə vaxtında mesajlar göndərən cənab T. Ərdoğan bir daha bəyan etdi ki, Türkiyə hər bir zaman Azərbaycanın yanındadır və onun uğurları üçün əlindən gələni edir. İcra başçısı daha sonra Mingəçevirdə aparılan quruculuq işlərindən bəhs etdi. Hazırda şəhərdə su, işıq, qaz problemlərinin demək olar ki, olmadığını diqqətə çatdırdı. Cənab prezidentin tapşırığına uyğun olaraq keçirilən belə səyyar görüşlərdə qarşıya çıxan problemlərin qeydə alınıb nəzarətə götürülməsini və qısa müddətdə aradan qaldırılmasını vurğuladı. Odur ki, görüş iştirakçıları qarşısında qoyulmuş sərbəst mikrafondan istifadə edərək öz fikirlərini, tənqid və təkliflərini bildirməyi məqdsədəuyğun hesab etdi. Görüşdə sakinlərdən Sevda Məmmədova, Tahirə Həşimova, Şəhla Məmmədova, Həqiqət Nəsibova, Şahlar Əsgərov, Hicran Məmmədzadə, Fəxrəntac Məmmədova, Elsevər Musayev, Gülnarə Əliyeva və başqaları çıxış edərək şəhərimizdə aparılan abadlıq qurucuıuq işlərindən razılıqlarını bildirdilər. Bunun üçün ölkə rəhbəri cənab İlham Əliyevə və işin icraçısı şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını ifadə etdilər. Bildirdilər ki, ərzilərdə keçirilən belə səyyar görüşlər bizim ürəyimizdəndir. Bu görüşlər zamanı açıq fikirlərimizi söyləmək imkanı əldə edir və nöqsanların qısa müddətdə aradan qaldırılmasının şahidi oluruq. Ərazimizdə kanalizasiya sisteminin yenidən qaydaya salınması hamımızın ürəyindəndir. Lakin digər nöqsanlar da mövcuddur. Xüsusilə bəzi yerlərdə işıqlanmanın zəif olması binaların dəhlizlərinin qaydaya salınması, vaxtlı vaxtında ağacların budanması, xeyir-şər mağarlarının qaydaya salınmasında dəstək durulması, istilik sisteminin nizama salınması vacib msələlərdəndir. Çox istərdik ki, məhəllələrin nizama salınması zamanı oturacaqların və söhbətgahların yerli yerində nizama salınması nəzarətə götürülsün. Bununıla yanaşı sakinlər şəxsi məsələlərinə aid problemlərin də diqqətdə saxlanılmasını icra başçısından xahiş etdilər. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərin xoş sözlərinə görə minnətdarlığını ifadə edərək qaldırılan prpoblemləri nəzarətə götürüləcəyini və qısa müddətdə aradan qaldırılacağını bildirdi. Bu məqsədlə görüşdə iştirak edən şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul şəxslərinə, idarə müəssisə təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.