Şriftin ölçüsü :

Saytın rəngi :

“Sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizminin yaradılması” mövzusunda dəyirmi masa keçirilib

31 oktyabr 2024 | 15:25

Oktyabrın 31-də Mingəçevir şəhər İcra Hakimiyyətinin xətti ilə Mingəçevir Gənclər Evinin akt zalında “Sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizminin yaradılması” mövzusunda dəyirmi masa keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşlarının, müvafiq qurumların təmsilçilərinin, ictimaiyyət nümayndələrinin, mətbuat işçilərinin iştirak etdiyi tədbiri açan aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Elşən Əliyev mövzu ilə əlaqədar məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Sərəncama əsasən Mingəçevir şəhərində bir sıra işlər görülmüşdür.

Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Tahir Abdullayev məlumat verdi ki, şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə daxili imkanlar hesabına sahibsiz itlərin zərərsizləşdirilməsi və qorunması üçün sığınacağın tikintisinə başlanılıb. Sığınacaq hazır olandan sonra insanların həyatı və sağlamlığı üçün təhlükəyə yol açan bu cür heyvanların həmin əraziyə gətirilərək yerləşdiriləcəyi nəzərdə tutulur.

Mingəçevir şəhər heyvan sağlamlığı və baytarlıq idarəsinin xidmətlər idarəsinin epizootik tədbirlər şöbəsinin müdiri Xəyam Cəfərov məlumat verdi ki, sahibsiz heyvanların zərərsizləşdirilməsi üçün lazımi tədbirlər davamlı olaraq aparılır. Bizim əsas vəzifəmiz onların vaksinasiya işlərini, diaqnostik müayinələrini, digər baytarlıq-sanitariya tədbirlərini həyata keçirməkdir. Cari il ərzində 111 sahibsiz it və 189 vəhşi heyvan üzərində immunizasiya işləri, quduzlaşmaya dair vaksinləşmə işləri aparılmışdır. Qeyd edim ki, vaksinasiya işləri həm də sahibli itlər üçün reallaşdırılır, çünki bu heyvanlar bir çox hallarda həm də yoluxucu xəstəliklər də yarada bilərlər.

Qeyd olundu ki, məlum sığınacaq hazırlandıqdan sonra bu cür heyvanlara xidmət, onların qidalanması, ərazidən uzaqlaşmamasının təmin edilməsi üçün, immunlaşdırılması, ümumiyyətlə zərərsizləşdirilməsi işlərini aparan işçilər də ayrılacaqdır. Heyvanlara qarşı qəddar davranmaq olmaz. Əsas məqsəd, insanların salamlığının qorunması, təhlükələrdən uzaq olmasına nail olmaqdır.

Keçidlər