Şriftin ölçüsü :

Saytın rəngi :

“ Sağlam Gələcək Naminə Narkomaniyaya Yox Deyək!” adlı tədbir keçirildi

03 dekabr 2025 | 15:13

       Mingəçevir şəhər bələdiyyəsinin və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın tədbirlər planına uğyun olaraq “ Sağlam Gələcək Naminə Narkomaniyaya Yox Deyək!” adlı maarifləndirici tədbir keçirilib. Əvvəlcə Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin mövzuya aid əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra bələdiyyənin akt zalında tədbir davam edib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan bələdiyyə sədri Anar İsmayılov mövzu ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.Qeyd edib ki, “Narkomaniyaya yox deyək” sadəcə bir şüar deyil, sağlam gələcək naminə məsuliyyət çağırışıdır. Həmçinin bələdiyə sədri onu da vurğulayıb ki, “Ağ ölüm” adlandırılan narkotik vasitələr cəmiyyətimiz üçün də bəlalar yaradır, bu bəlanın gənclərin həyatında yaratdığı problemlər, zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən aparılan qətiyyətli tədbirlər həyata keçirilir. Mingəçevir şəhər İcra Hakimiyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Elşən Əliyev cixiş edərək bu gün həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğı haqqinda fikirlərini bildirmidir.Mİngəçevir şəhər İcra Hakimiyyətinin başçisi İ.İsmayılovun tapşiqlarına əsasən gənçlərin asudə vaxtının təşkili,onlarln fiziki saglamlıqlarının qorunması üçün şəhərdə nümunəvi məhələlər park və xiyabanlar salındigin qeyd etmişdir Maarifləndirici tədbirdə Mingəçevir şəhər Narkoloji Dİspanserin həkim-narkoloqu Eldar Mustafayev,Mingəçevir şəhər rayonlararası Ruhi Əsəb Xəstəlikləri dispanserinin baş həkimi Şəmsinur Hüseynova,Mingəçevir şəhər Polis şöbəsinin azyaşlılarla iş üzrə baş inspektoru Nicat Mustafayev,Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktor müavini Fuad Məmmədov və Mingəçevir bələdiyyəsinin üzvü Mahnur Ömərova çıxışlar edərək gənclərə əhatəli maarifləndirici bilgilər,tövsiyyələr veriblər. Tədbirin əsas məqsədi bəşəriyyətin ən ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına, xalqın təhlükə mənbəyinə çevrilən narkomaniya və onun törətdiyi fəsadlara, bu sahədə aparılan mübarizə tədbirlərinə həsr olunmuşdu. Çıxışlarda narkotik bəlasının fəsadlarından, cəmiyyətin, gənclərin bu cür pis vərdişlərə aludə olması zamanı yaranan acınacaqlı vəziyyətdən, ailələrin böyük sarsıntı yaşamalarından söz açılıb. Gənclərə narkomaniyanın yaranmasının ilkin vəziyyəti, yaxın ətrafdakıların onları təsir altına almaq üçün etdikləri təkliflər barədə məlumatlar verilib, yalnız təhsilə diqqət göstərməyin, peşə, sənət öyrənməklə həyatlarını düzgün qurmağın zəruri olduğu tövsiyyə olunub. Bu kimi tədbirlərin hər zaman diqqət mərkəzində olduğundan, yeniyetmə və gənclərin sağlamlığı, vətənpərvər, ləyaqətli insan kimi yetişməsi üçün keçirilən görüşlərin əhəmiyyətindən söz açılıb. Sonda gənclərin və tədbir iştirakçılarının sualları cavablandırılıb,video çarx nümayiş olunub.

Keçidlər