Şriftin ölçüsü :

Saytın rəngi :

“Qərbi Azərbaycan TV” internet televiziyasının fəaliyyətinə dəstək

02 may 2024 | 16:20

Son 200 ildə ağrı-acı və məşəqqətlərlə üzləşən və ötən əsrdə dörd dəfə öz ata-baba yurdundan didərgin salınan Qərbi Azərbaycanlıların sonuncu deportasiyası 1987-1991 illəri əhatə edir. Indiki Ermənistan ərazisindən zorla çıxarılan soydaşlarımızın hüququnun müdafiə edilməsi, onların layiqli şəkildə öz doğma yurdlarına qaytarılması prossesi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasi xətlə ardıcıl icra edilməkdədir. Deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi üçün 1989-cu ildə yaradılmış Azərbaycan Qaçqınlar Cəmiyyəti 3 avqust 2022-ci il tarixində Qərbi Azərbaycan İcması adı ilə yenidən fəaliyyətini davam etdirir. Qərbi Azərbaycanlıların öz torpaqlarına qayıdışının təmin edilməsi üçün məlumatlandırılma bazası yaradılmışdır. Bu məlumatları vətəndaşlara və dünya ictimaiyyətinə çatdırmaq üçün İcmanın nəzdində yeni “Qərbi Azərbaycan TV” internet televiziyası fəaliyyətə başlayıbdır.

“Qərbi Azərbaycan TV” internet televiziyasına dəstək olmaq, Youtube, Facebook, Twitter, İnstaqram, Tiktok sosial şəbəkə ünvanlarından davamlı izləmək , efir məlumatlarını paylaşmaq Qərbi Azərbaycana qayıdış prossesi ilə bağlı informasiya savaşında olduqca önəmlidir. Sizləri “Qərbi Azərbaycan TV” internet televiziyasına dəstək olmaqla onun tamaşaçısı olmağa dəvət edirik.

Keçidlər