Şriftin ölçüsü :

Saytın rəngi :

QƏRBİ AZƏRBAYCAN İRSİ: Mərkəzi xəstəxanada və Gənclər evində təqdimatı.

18 iyul 2025 | 18:41

Mingəçevir şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Mingəçevir Mərkəzi Xəstəxanada QƏRBİ AZƏRBAYCAN İRSİ: “Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” HESABATAR VƏ MATERİALLAR kitabının I cildinin təqdimat mərasimi keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin, etnik təmizləmə nəticəsində Qərbi Azərbaycandan deportasiya zamanı dünyasını dəyişən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. QƏRBİ AZƏRBAYCAN İRSİ tədqiqatlar seriyası filminə baxış keçirilib. Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elşən Əliyev qeyd edib ki,Mingəçevirdə Qərbi Azərbaycan nümayəndəliyi fəaliyyət göstərir və rəhbəri Mingəçevir Dövlət Univeristinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Mayıl İsmayılovdur. Bildirib ki,896 səhifədən ibarət olan bu kitabın hər bir vərəqi elmi tarixi faktlarla zəngindir. Müəlliflərin də qeyd etdiyi kimi tədqiqatın məqsədi Ermənistan Respublikasında azərbaycanlılara məxsus maddi, mədəni irsin ən mühüm kompanentlərindən biri olan qəbiristanlıqların vəziyyətini sənədləşdirmək, həyata keçirilən diskriminasiya siyasətinin qəbiristanlıqların vəziyyətinə təsirini qiymətləndirməkdir. Daha sonra Qərbi Azərbaycan əsilli, MDU-nun Magistratura və Doktorantura təhsil mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Məhərrəmova xəstəxana əməkdaşlarına çıxışında bu gün burada Qərbi Azərbaycan həqiqətlərinin işıqlandırılması və tarixi-mədəni irsimizin qorunması mövzusunda bir araya gəlməyimiz mühüm tarixi hadisədir :”Burada toplanmağımız bir həqiqəti sübut edir: Biz nə unutmuşuq, nə də unudulmağa razıyıq. Məlumdur ki, Ermənistan dövləti Qərbi azərbaycanlılara qarşı etnik təmizləmə soyqırım və deportasiya siyasəti ilə kifayətlənməyib. Ümumiyyətlə bu torpaqlardan azərbaycanlıların tarixi köklərini qoparmağa, onlara məxsus maddi mədəni irsi məhv etməyə çalışıb. Bu baxımdan Qərbi Azərbaycan irsi kitabının birinci cildinin işıq üzü görməsi bizim üçün çox sevindirici haldır. Bu günlərdə respublikamızın demək olar ki, bütün şəhər və rayonlarında artıq kitabın təqdimatı keçirilir. Bu təqdimatlar təkcə bir nəşrin ictimaiyyətə tanıdılması deyil, həm də Azərbaycan xalqının zəngin tarixi yaddaşına, itirilməyə qoyulmayan irsinə, zorla qoparıldığı torpaqlarla bağlı haqq səsinin bir daha dünyaya çatdırılmasıdır. Bu kitab sadə bir kitab deyil, hüquqi sənəddir. Eyni zamanda bu kitab beynəlxalq hüquq qarşısında məsuliyyət daşımalı olan bir prosesin sənədləşdirilmiş sübutudur, tarixi ədalətin bərpasıdır. Kitabda təqdim olunan fotoşəkillər, xəritələr və arxiv materialları bu dağıntıların təsadüfi deyil, məqsədyönlü olduğunu bir daha nümayiş etdirir, ermənilər tərəfindən dağıdılmış məscidlərin, məktəblərin, qəbiristanlıqların və digər maddi-mədəni irs nümunələrinin sənədləşdirilmiş şəkildə gələcək nəsillərə ötürülən ən dəyərli məlumatdır. Kitabın ərsəyə gəlməsində digər mənbələrlə yanaşı ötən əsrə və müasir dövrə aid ABŞ kəşfiyyat peyklərinin təsvirlərindən, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycan arxivlərində saxlanılan sənədlərdən, Almaniya ABŞ Rusiya kitabxanalarındakı mənbələrdən, foto-video materiallardan Ermənistandan depertasiya edilmiş azərbaycanlıların xatirələrindən istifadə edilib. Kitabın I cildində 1991-ci ilə qədər Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində mövcud olmuş, indi isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilir. 7.İki hissədən ibarət olan kitabın birinci hissəsində hesabatın məqsədi və tədqiqatın predmeti müəyyən edilir, tədqiqatın metodologiyasından bəhs olunur. Dosent Vəfa Məhərrəmova belə bir tədqiqat əsərini ərsəyə gətirdikləri üçün Qərbi Azərbaycan İcması rəhbərliyinə öz təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Tədbir günün ikinci yarsında Mingəçevir Gənclər evində davam edib.

Keçidlər