QƏRBİ AZƏRBAYCAN İRSİ: Mərkəzi kitabxanada təqdimatı.
17 iyul 2025 | 17:02
Mingəçevir şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə MingəçevirM.P.Vaqif adına Mərkəzi Kitabxanada QƏRBİ AZƏRBAYCAN İRSİ: “Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” HESABATAR VƏ MATERİALLAR kitabının I cildinin təqdimat mərasimi keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin, etnik təmizləmə nəticəsində Qərbi Azərbaycandan deportasiya zamanı dünyasını dəyişən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. QƏRBİ AZƏRBAYCAN İRSİ tədqiqatlar seriyası filminə baxış keçirilib. Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elşən Əliyev qeyd edib ki,Mingəçevirdə Qərbi Azərbaycan nümayəndəliyi fəaliyyət göstərir və rəhbəri Mingəçevir Dövlət Univeristinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Mayıl İsmayılovdur. Bildirib ki,896 səhifədən ibarət olan bu kitabın hər bir vərəqi elmi tarixi faktlarla zəngindir. Müəlliflərin də qeyd etdiyi kimi tədqiqatın məqsədi Ermənistan Respublikasında azərbaycanlılara məxsus maddi, mədəni irsin ən mühüm kompanentlərindən biri olan qəbiristanlıqların vəziyyətini sənədləşdirmək, həyata keçirilən diskriminasiya siyasətinin qəbiristanlıqların vəziyyətinə təsirini qiymətləndirməkdir. Daha sonra Qərbi Azərbaycan əsilli, MDU-nun Magistratura və Doktorantura təhsil mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Məhərrəmova kitabxana əməkdaşlarına kitab haqqında geniş məlumat verib və belə bir tədqiqat əsərini ərsəyə gətirdikləri üçün Qərbi Azərbaycan İcması rəhbərliyinə öz təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.