Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq işçiləri peşə bayramlarını qeyd etdilər

29 sentyabr 2023 | 16:02

Hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur. Həmin gün münasibəti ilə sentyabrın 29-da Mingəçevir şəhər Prokurorluğunda tədbir keçirildi. Tədbirə prokurorluq işçiləri ilə yanaşı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının müavini Hikmət Kərimov, prokurorluq veteranları, hüquq mühafizə orqanlarının rəhbərləri, mətbuat işçiləri və s. qonaqlar dəvətli idilər. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla anıblar. Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən şəhər prokuroru Qabil Səfərov respublika prokurorluğunun yaranmasının 105 illiyi münasibəti ilə prokurorluq əməkdaşlarına təbrik edərək, prokurorluğun yaranması və həyata keçirilən tədbirlər haqqında geniş məlumat verdi. Əlamətdar gün münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının müavini Hikmət Kərimov şəhər rəhbəri İlham İsmaylovun adından prokurorluq işçilərinin peşə bayramlarını təbrik etdi. Tədbirdə prokurorun köməkçisi İsmayıl Məmmədli respublika baş prokurorunun təbrikini çatdırdı. Şəhər prokurorunun müavini Balahüseyn Şabanov, veteran prokurorluq işçisi Kamil Yunusov, şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev çıxış edərək prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik etdilər. Sonda veteran prokurorluq işçilərinə hədiyyələr təqdim olundu.

Keçidlər