Polis Günü Mingəçevirdə qeyd olundu
02 iyul 2024 | 17:21
İyulun 2-də Azərbaycan Polisi Günü münasibətilə Mingəçevir şəhər Polis İdarəsində tədbir keçirilib. Tədbirdən öncə şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, və veteran polislər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular, ulu öndərin xatirəsini yad etdilər. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları ziyarət edilib, unudulmaz və müqəddəs xatirələri yad edilib.
Polis şöbəsinin akt zalında təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə Şəhər Polis Şöbəsinin rəisi, polkovniki Ədalət Əliyev açaraq Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun səmimi təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdırıb. Ədalət Əliyev Azərbaycan polisinin həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət etdiyini bildirdib. Asayişin keşiyində duran polis əməkdaşlarının səmərəli fəaliyyəti üçün ölkədə güclü maddi-texniki bazanın formalaşdırıldığını, polis və ictimaiyyət arasında yüksək inama və sıx əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsi məqsədilə səmərəli tədbirlərin görüldüyünü diqqətə çatdırıb.Mingəçevir polisinin uğurlarından danışıb.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov peşə bayramları münasibət ilə asayiş keşikçilərini təbrik edib və bildirib ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə xidmət edir, ictimai asayişin mühafizəsi, sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri peşəkarlıqla yerinə yetirir.
Tədbirin sonunda bir qrup polis əməkdaşına polis orqanlarında nümunəvi xidmətlərinə görə və Azərbaycan polisinin yaranmasının 106 illiyi münasibəti ilə Şəhər Polis Şöbəsi və şəhər Mühafizə şöbəsinin əməkdaşları Mingəçevir şəhər İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib. Eləcədə xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar və qiymətli hədiyyələr verilib. Polis veteranlarına, şəhid polislərin ailə üzvülərinə fəxri fərman və hədiyylər təqdim olunub.