Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib.
24 avqust 2026 | 11:39
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gedib. "Daşkənd - Xumo" hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qaravul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı qarşılayıblar. Səfər çərçivəsində Daşkənddə yüksək səviyyəli danışıqlar, həmçinin hər iki ölkənin liderlərinin sədrliyi ilə Ali Dövlətlərarası Şuranın üçüncü iclası keçirilib. Dövlət başçılarının təkbətək görüşü zamanı iki ölkə arasında mövcud olan dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi və inkişaf perspektivləri müzakirə edilib. Qardaş ölkəyə səfər edən nümayəndə heyətinin tərkibində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov də olub. Səfər çərçivəsində Azərbaycan Prezidenti və nümayəndə heyəti "Yangi Uzbekiston" Parkında olmuş, "Müstəqillik" abidəsi önünə əklil qoymuş, Heydər Əliyev Meydanına gedərək Ulu Öndər Heydər Əliyevin barelyefi qarşısına gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında MÜQAVİLƏ" imzalanlb. Səfər zamanı "Kuksaroy" dövlət iqamətgahında, "Kuksaroy" sarayında bir sıra rəsmi sənədlər imzalanıb. Fərəhli haldır ki, imzalanan sənədlər və iki ölkə arasında əldə edilən razılaşmalar çərçivəsində Mingəçevirdə Özbəkistanla birgə nəhəng tekstil fabrikinin (klasterinin) tikilməsi rəsmiləşib. Qeyd edək ki, Mingəçevir şəhərinin Özbəkistanın Namanqan şəhəri ilə 21 may 2024-cü ildə Qubada keçirilən II Azərbaycan-Özbəkistan regionlararası forumu çərçivəsində qardaşlaşması haqqında saziş imzalanıb. Mingəçevirin nümayəndə heyəti Namanqan şəhərində olub. Bu il avqustun 19-da Namanqan vilayətinin hakimi nümayəndə heyəti iıə birgə Mingəçevirdə olub. Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşüb, fikir mübadiləsi aparılıb, bir sıra sənaye müəssisələrinə gedib.