Şriftin ölçüsü :

Saytın rəngi :

Olimpiya Çempionumuz Toğrul Əsgərovun Mingəçevir gəncləri ilə görüşü keçirilib

13 sentyabr 2022 | 11:24

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Azərbaycan Milli Olimpiya Akademiyası, Azərbaycan İdman Könüllüləri İctimai Birliyi və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin 30-illik yubileyinə həsr olunan “Azərbaycanın Olimpiya Odisseyası” adlı layihə çərçivəsində Olimpiya Çempionumuz Toğrul Əsgərovun Mingəçevir gəncləri ilə görüşü keçirilib. Görüş Mingəçevir Dövlət Universitetində olub. Tədbiri açan Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli bildirib ki, görüşün əsas məqsədi yeniyetmə və gənclərin idmana olan marağını artırmaq, onları pis vərdişlərdən uzaqlaşdırmaq, vətənə layiqli övlad kimi yetişdirməkdir. Sonra çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov idman uğurları, fəal gəncləri, gözəlliyi ilə fərqlənən Mingəçevir şəhərində bu cür görüşün keçirilməsindən məmnunluğunu bildirərək bütün idmançıları, xalqımızı Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibəti ilə təbrik edərək yaxın tariximizə nəzər saldı. Bildirdi ki, hələ1991-ci ildə müstəqillik əldə edilsə də Azərbaycanda bütün sahələrdə xaos və böhran hökm sürürdü. Həyatın bütün sahələrində olduğu kimi idman sahəsində də problemlər var idi. 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu. 1992-ci ildə Milli Olimpiya Komitəsi yaradılsa da bu qurumun varlığı hiss olunmurdu. Məhz ulu öndərin gənclərə göstərdiyi diqqət və qayğı, gənclər siyasətinin, idman siyasətinin önə çəkilməsi Azərbaycan gənclərinin həyatında dönüş yaratdı. 1997-ci oldə cənab prezidentimiz İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi vəziyyətin daha da yaxşılaşmasına səbəb oldu. Gənclərin idmana marağı artmağa başladı. İdmançılarımız ölkə yarışlarında, Avropa və dünya birinciliklərində Olimpiadalarda iştirak edərək qalib kimi Azərbaycan bayrağını göylərə yüksəltməyə nail oldular. Bu Azərbaycanımızn uğurudur, gəncliyimizin sağlamlığıdır, doğma vətənimizin tərəqqisi və yüksəlişidir. Azərbaycan Respublikasının prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə hər sahədə uğurlara nail olan dövlətimizin bundan sonra da tərəqqi yolunda qətiyyətlə addımlayacağına əminliyini bildirdi. Azərbaycanın bütün bölgələrində idman Komplekslərinin inşa olunması, beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətimizin nüfuzunu qaldırır, deyən şəhər rəhbəri olimpiya çempionu Toğrul Əsgərova yeni-yeni qələbələr arzu etməklə gənclərə xoz diləklərini çatdırdı. Milli Olimpiya Komitəsinin əməkdaşı İntiqam Səfərov çıxışında idman sahəsindəki uğurlardan söhbət açdı. Sonra Olimpiya Çempionumuz Toğrul Əsgərov haqqında çəkilən “Ərtoğrul” filmininə baxış oldu. Olimpiya Çempionumuz Toğrul Əsgərov keçdiyi həyat yolundan danışdı, gənclərin suallarını cavablandırdı. Tədbirdə Olimpiya Çempionumuz Toğrul Əsgərov Milli Olimpiya Komitəsinin hədiyyəsini Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova təqdim etdi. Sonda xatirə şəkilləri çəkildi.

Keçidlər