Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 31-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin Heydər Əliyev prospektindəki sağ tərəfdəki xiyanbanda həyata keçirilən quruculuq işlərinə baxış keçirib.

31 oktyabr 2025 | 10:03

2025-ci il üçün Mingəçevir şəhər İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planı çərçivəsində Heydər Əliyev prospektindəki iki xiyanbanda, 20Yanvar və Puşkin küçələrinin aralığındakı xiyabanlarda yenidənqurma işlərinə start verilib. Ötən ayın sonlarında başlanan yeni layihənin icrasını Mənzil Təsərrüfatı İstehsalat Birliyinin, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, həmçinin İşıqlanma İdarəsinin kollektivi həyata keçirir. Şəhər rəhbərinə məlumat verilib ki, 600 kvadrat metrdən artıq olan ərazidə mövcud olan bioloji ömrünü başa vurmuş ağaclar budanır, tamet döşəmələr bərkidilir, ətrafına səkilər qoyulur. Xiyabanın sağ və sol tərəfdən olan giriş hissələrində yeni yaşıllıq zolaqları yaradılır, mövsümi gül kolları əkilir. Paralel olaraq sağ və sol tərəfdən olan keçid yollarında da rəngarəng güllər əkilir. Yaşıllıq zolaqlarına qazonlar səpiləcək. Ərazidə fəvvarə quraşdırılır, fəvvarənin bir tərəfində uşaqlar üçün əyləncə meydançası hazırlanacaq, digər tərəfində isə atraksionlar quraşdılılacaqdır. Xiyabana iki yerdə söhbətgah və müasir oturacaqlar yerləşdiriləcək, müvafiq yerlərə yeni zibil qabları qoyulacaqdır. İşıqlanma sisteminə əlavələr ediləcək, yeni işıq nöqtələri yaradılacaqdır. Vətəndaşların rahat istirahəti, uşaq və gənclərin əylənməsi üçün lazım olan hər cür şərait yaradılacaqdır. Ərazidə qanunsuz küçə ticarətinin qarşısının alınması problemi də aradan qaldırılır. İşlərlə tanışlıq zamanı icra başçısı İlham İsmayılov tapşırıqlarını verib. Yerləşdiriləcək söhbətgah işıqlanma sisteminin quraşdırılmasını, işıqlanmanın gücləndirilməsini, fəvvarənin ətrafının gözəl görünüşünün təmin edilməsini, döşəmə plitələrin ətrafındakı səkilərin səliqə ilə qoyulmasını, yaşıllıq zolaqlarında müxtəlif gül kollarının və həmişəyaşl ağac tinglərinin əkilməsini, texniki su xəttinin çəkilişini və işə məsuliyyətlə yanaşmağı tapşırıb. Qeyd edib ki, şəhərimizdə yeni park və xiyabanların salınması, mövcud yaşıllıq və istirahət zonalarının müasir tələblərə uyğun yenilənməsi Mingəçeviri daha da inkişaf etdirir, vətəndaşların asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqla yanaşı ekoloji mühitin yaxşılaşmasına da xidmət edir. Şəhər rəhbəri Ölkə Prezdenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq regionlarda, o cümlədən Mingəçevir şəhərində həyata keçirilən quruculuq işlərinin yeni mərhələdə davam etdirilməsinin Azərbaycanın inkişaf və tərəqqisinin təntənəsi olduğunu vuğulayaraq iş icraçılarına işləri sürətləndirməyi tövsiyyə edib.

Keçidlər