Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 29-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər ağsaqqalları ilə görüşmüşdür.

29 oktyabr 2026 | 17:01

Görüşü açan İlham İsmayılov bildirib ki, cənab Prezidentin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı layihələrinə əsasən ölkəmizin bütün bölgələrində 2004-cü ildən bəri geniş abadlıq-quruculuq, əsaslı təmir işləri aparılır. Bütün bunlar regionların inkişafı,vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıyır. Mingəçevirdə həyata keçirilən layihələrin sahəsi ilbəil genişlənir. O, qeyd etmişdir ki, Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə elan olunan "Şəhərsalma və Memarlıq İli" çərçivəsində dövlət rəhbərinin tapşırığına əsasən bu il şəhərimizdə 90-dan artıq çoxmənzilli yaşayış binasıının fasad hissələrinin izolyasiya edilərək rənglənməsi, xiyabanlarda bərpa-təmir işlərinin reallaşması planlaşdırılmışdır və bu işlər müvəffəqiyyətlə davam etdirilir. Son illərdə Mingəçevirdə 26 nümunəvi məhəllə yaradılmış, 200 dən çox yaşayış binası təmir edilmiş, 5 yeni park salınmış, 2 parkın ərazisi genişləndirilmiş, 7 parkda yenidən qurma işləri aparılmış həmin ərazilərə sakinlərin istirahəti üçün idman qurğuları və digər avadanlıqlar yerləşdirilmişdir.

Cənab Prezidentin iştirakı ilə onlayn formatda Mingəçevirdə yeni sənaye müəssisəsinin təməlinin qoyulduğunu bildirmiş və bunun yeni iş yerlərinin açılmasına şərait yaradacağını qeyd etmişdir.

Görüşdə çıxış edən şəhər ağsaqqalları İntiqam İbadov, Etibar Əhmədov,  Adil İsmayılov, Rizvan Mikayıllı, Yunis Yolçuyev ,Əbülfət Ədilov, Famil Əhmədov, Vaqif Sadıxov, Zahid Qasımlı, Sərdar Xankişiyev şəhərdə mövcud olan problemlərdən danışmış, həmin problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürmüş və ölkə Prezidenti Cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti bəyəndiklərini bildirmişlər.

Ziyalı xanımlardan İranə Həsənova, Sevil Əlişova, Ədalət Quliyeva Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri olan əhalinin sosial rifahının yaxşılaşdırılması əmək haqqların, pensiyaların və sosial müavinətlərin artırılması sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş və bütün bunların şəhər əhalisi tərəfindən müsbət qarşılandığını qeyd etdilər.

Ağsaqqallar şurasının sədri Mustafa Muradov şəhər ağsaqqaları adından Ölkə Prezindenti Cənab İlham Əliyevin apardığı müsbət yönümlü işlərə görə təşəkkür və minnətdarlığını bildirmişdir.

Görüşün sonunda İlham İsmayılov şəhərdə gedən abadlıq-quruculuq işlərinin bundan sonra daha geniş çərçivədə həyata keçiriləcəyini və verilən təkliflərin nəzərə alınacağını qeyd edərək ölkə rəhbərinə Mingəçevirə və mingəçevirlilərə diqqət və qayğısına görə şəhər sakinləri adından öz minnətdarlığını bildirdi.

Keçidlər