Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 24 də Mingəçevir şəhərində ağacəkmə aksiyası davam etdirilib

24 oktyabr 2024 | 17:18

Mingəçevir şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyasına davam edir. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçiləri əvvəlcədən yol kənəralarında yaşıllıq zolaqlarında ağac tinglərinin və gül kollarının əkilməsi üçün hazırlıq işləri görüblər. Cari ilin əvvəlindən şəhərin yaşıllıq zolaqlarında 10000 ədədə yaxın müxtəlif ağac tingləri və dekorativ gül kolları əkilmişdir ki, bu da şəhərimizin gözəlliynə xüsusi çalarlar qatır. Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin yeni yaradılan yaşıllıq zolağında, Yevlax Mingəçevir magistral yolunun ətrafında ağacəkmə aksiyasında iştirak edib. Bundan başqa bu gün ümumilikdə şəhərin müxtəlif ərazilərinə “Azərbaycan İES” MMC , Mənzil Kommunal Təsərrüfatı Kombinatı, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, “Heydər Əliyev” mərkəzinin əməkdaşları tərəfindən 1000 dən çox ağac və kollar əkilib onlara aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Keçidlər