Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 24 -də Mingəçevir Dövlət Universitetində “Məişət zorakılığına qarşı hamılıqla mübarizə aparaq” mövzusunda elmi-praktiki seminar keçirilib.

24 oktyabr 2024 | 17:52

Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar keçirilən konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elşən Əliyev, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbirə Yusifli, MDU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri,dosenti Vüqar Mustafayev, MDU-nun hüquqşunası Polad Atayev, şəhər Polis söbəsinin İTB-nin rəisi,polis mayoru Rasim Mahmudov və ruhi-əsəb dispanserinin baş həkimi Şəmsinur Hüseynova iştirak ediblər. Tədbirdə iştirakçılar yeniyetmə və gənclərin məişət zorakılığına məruz qalmaması, pis vərdişlərdən qorunması və bu kimi digər əxlaqi dəyərlərin qorunması ilə bağlı görülən işlərdən danışıldı.

Davamlı olaraq şəhərin ümumtəhsil məktəblərində, ali və orta ixtisas məktəblərində maarifləndirici görüşlərin, diskussiyaların keçirilməsinin əhəmiyyətini qeyd edərək nəinki gənclərin, uşaqların, hətta böyüklərin də məişət zorakılığı ilə üzləşməməsi üçün fikir mübadilələrinin keçirilməsi, yeniyetmə və gənclərin təhsili, tərbiyyəsi, fiziki sağlamlığı, ləyaqətli və vətənpərvər insan kimi böyüməsi, yetişməsi üçün maarifləndirici görüşlərin keçirilməsinin aktuallığını bildirdilər. Tədbir diskussiya formatında davam etdirildi, qarşıda duran vəzifələr, görüləsi işlər barədə fikir mübadiləsi aparıldı, yeniyetmə oğlan və qızlarla davamlı olaraq görüşlərin keçirilməsinin onların gələcəyi üçün önəmli olduğu bildirildi.

Sonda Məişət zorakılığına mübarizəyə dair MDU-nun tələbələri tərəfindən hazırlanmış video çarx nümayiş etdirildi.

Keçidlər