Oktyabrın 17-də şəhər sakinləri arasında məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbərlərin monitorinqi məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış anket sorğu keçirilmişdir.
17 oktyabr 2024 | 16:38
Layihə çərçivəsində Mingəçevir Dövlət Universitetinin könüllüləri tərəfindən şəhərin müxtəlif ərazilərində Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış anket sorğu keçirilmişdir. Könüllülər müxtəlif yaş qruplarına mənsub vətəndaşlarla söhbətlər apararaq məişət zorakılığının fəsadlarından, erkən nikahın, həyat və sağlamlıq üçün təhlükəli olan pis vərdişlərdən xilas olmaq yolları barədə fikir mübadiləsi aparıblar.