Oktyabrın 1-də Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Məişət zorakılığına yox” mövzusunda maarifləndirici tədbir keçirilib.
01 oktyabr 2024 | 16:17
Tədbir Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbində keçirilib. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Polis şöbəsinin əməkdaşları, ruhi əsəb dispanserinin baş həkimi, məktəbin müəllimləri və tələbələr iştirak edib. Tədbirin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirməkdir.