Noyabrın 25-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü keçirilib.
26 noyabr 2025 | 11:14
Şəhər Bələdiyyəsinin akt zalında keçirilən görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, müxtəlif küçələrdən gələn sakinlər, mətbuat işçiləri iştirak ediblər.
Görüşü açan İcra başçısı İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq keçirilən görüşlərin əhəmiyyətindən, vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən işlərdən danışıb. Mingəçevirin gözəlləşdirilməsi istiqamətində reallaşan quruculuq işlərinin sahəsinin genişləndiyini qeyd edib.
Çıxış edən sakinlər yaşayış binalarının zirzəmilərinin çirkab su ilə dolu olması, dezinfeksiyanın işlərinin aparılmasının vacibliyi, kölgəliklərin təmir olunması, yeni oturacaqların qoyulması, çoxmənzilli yaşayış binasında dam örtüyünün, xeyir-şər mağarının təmiri, ağacların budanmas, işlə təminat və s. kimi müraciətlər ediliblər.
Müraciətləri və aidiyyəti müəssisə rəhbərlərinin məlumatlarını dinləyən şəhər rəhbəri qaldırılan problemləri nəzarətə götürməyi və qısa vaxt ərzində həll etməyi tapşırıb.