Noyabrın 20-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü keçirilib.
21 noyabr 2025 | 11:37
Energetiklər yaşayış massivindəki şəhid A.Niftəliyev adına mədəniyyət evində keçirilən görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, şəhər prokuroru Pərvin Quliyev, sakinlər, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər.
Görüşü açan İcra başçısı İlham İsmayılov ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərin əhəmiyyətindən danışıb. Yaşayış massivində quruculuq işlərinin sürətlə davam etdirildiyini, şəhərin gözəlləşməsi, vətəndaşların rifah halının yaxşılaşdırılması, mənalı istirahəti üçün yeni layihələrin icra olunacağını bildirib.
Çıxış edən sakinlər asfalt örtüyünün çəkilməsi, gecə küçələrin işıqlanması, fərdi mənzilə su xəttinin çəkilməsi, sahibsiz itlərin kənarlaşdırılması kimi müracətlər ediblər.
Müraciətləri dinləyən şəhər rəhbəri müvafiq qurumların rəhbərlərinə qaldırılan problemləri nəzarətə götürməklə qısa vaxt ərzində həll etməyi tapşırıb.