Noyabrın 13-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü keçirilib.
14 noyabr 2025 | 10:17
3 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhər prokuroru, müxtəlif küçələrdən gələn sakinlər, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər.
Görüşü açan İcra başçısı İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq keçirilən görüşlərin əhəmiyyətindən danışıb.
Çıxış edən sakinlər ,yaşayış binalarında bloklara giriş qapısının qoyulması, gənclərin asudə vaxtının səmərəli keçirmələri üçün əyləncə sahələrinin artırılması, bəzi binaların qarşısındakı oturacaqların təmir olunması, zirzəmilərin çirkab su ilə dolu olması, dezinfeksiyanın vacibliyi və digər məsələlər barədə müraciətlər ediliblər. Müraciətləri və müvafiq müəssisə rəhbərlərinin məlumatlarını dinləyən şəhər rəhbəri qaldırılan problemlərin həllinə ciddi yanaşmağı, keyfiyyətli iş görməyi tapşırıb.