Şriftin ölçüsü :
Saytın rəngi :
12 noyabr Konstitusiya Günü münasibti ili və “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhərin şərq qapısı istiqamətində, Samux küçəsində, Energetiklər küçəsinin kəsişməsində olan yaşıllıq sahəsində 300 ədəd şam, küknar, akasiya və çinar ağac tingləri əkilib.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın məsul əməkdaşları, Milli Məclisin deputatı Əli Hüseynli, ictimaiyyət nümayəndələri, şəhər Statistika idarəsinin işiləri iştirak ediblər.
Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçiləri tərəfindəın əvvəlcədən hazırlanan çalalara ağac tingləri əkilib, suvarılıb. Ərazinin su ilə təchizatı üçün zəruri olan işlər görülüb. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Konstitusiya və Suverenlik İli” çərçivəsində Mingəçevirdə yüzlərlə ağac tingləri və dekorativ gül kollarının əkildiyini bildirərək ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarının müvəffəqiyyətlə icra olunduğunu qeyd edib.