Noyabrın 12-də Konstitusiya günü münasibəti ilə tədbir keçirildi
12 noyabr 2025 | 16:36
Mingəçevir şəhər İcra Hakimiyyətinin və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılğı ilə “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirilən konfransda şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın məsul əməkdaşları, Milli Məclisin deputatı Əli Hüseynli, universitetin profesosr-müəllim heyəti və tələbələr, məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə universitetin giriş foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərə ehtiramlar ifadə olunub.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “Azərbaycanın ilk Konstitusiyası” videoçarxı nümayiş olunub.
Konfransı giriş nitqi ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu siyasətindən, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun tarixi əhəmiyyətindən, eləcə də bu sənədin ölkəmizin demokratik inkişafında oynadığı mühüm roldan bəhs edərək dərin məzmunlu çıxış edib.
Konfransda Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov “Ulu Öndər Heydər Əliyev Müsətiqil Azərbaycan Respublikasınn Konstitusiyasının yaradıcısıdır”, Milli Məclisin deputatı Əli Hüseynli “Müstəqil Azərbaycan Respublikasınn Konstitusiyasının müasir dövlətçiliyimizin təşəkkülündə rolu”, Mingəçevir şəhər prokuroru, baş ədliyyə müşaviri Pərvin Quliyev “Ulu Öndərin müəllifi olduğu Azərbaycan Respublikasınn Konstitusiyası vətəndaşların hüquq və azadlıqlarının təminatçısıdır”, MDU-nun təhsil fakültəsinin dekan müavini Aygün Qədirova Konstitusiya quruluşunun bütün ölkə ərazisində bərqərar olunması Ulu Öndər Heydər Əliyevin ideyalarının reallaşmasının nəticəsidir” mövzularında çıxış ediblər.