Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 11-də Mingəçevirin “Şəhər Günü” münasibətilə ədəbi-bədii tədbir keçirilib

11 noyabr 2026 | 19:20

Hər il olduğu kimi bu il də Mingəçevir şəhərinin yaranmasının ildönümü böyük coşqu ilə qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Mingəçevir Dövlət Dram Teatrında təşkil olunan tədbirdə Mingəçevirin dünənini və bu gününü əks etdirən sərgi ilə tanışlıq olub.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhərin ilk quruculuq illərindən bu günə kimi keçdiyi inkişaf yolu ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş nitq ilə çıxış edib. Qeyd olunub ki, 1948-ci il noyabrın 11-də şəhər statusu almış, qədim yaşayış məskəni, Azərbaycanın sənaye, energetika, elmi, mədəni, turizm mərkəzlərindən biri kimi tanınan doğma Mingəçevirimizin 78 yaşının tamam olması münasibətilə bütün mingəçevirliləri ürəkdən təbrik edir, möhkəm can sağlığı, xoşbəxtlik, səadət dolu günlər arzulayıram. Ötən illər ərzində şəhərimiz geniş inkişaf yolu keçmiş və bu gün də bu proses davam etməkdədir. Şəhərin tikinti-quruculuq işlərində iştirak edən yüzlərlə şəhər sakini Mingəçevirə şan-şöhrət gətirmiş, yüksəlişində, inkişafında töhfələr vermişlər. Onların bir qismi bu gün sıralarımızda yoxdur, dünyasını dəyişənlərin xatirəsinə ehtiramımızı bildiririk Mingəçevirin formalaşmasında və inkişafında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin xidmətlərindən danışan İlham İsmayılov məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan İES-in Mingəçevirdə tikintisinin həyata keçirildiyini xatırladıb, şəhər iqtisadiyyatının güclənməsindən bəhs edib. Qeyd edib ki, ümummilli liderimizin başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan İES” ərazisində inşa olunan 1880 MVT-lıq 8 Noyabr Elektrik Stansiyasının açılışı olmuş, hazırda stansiya tam gücü ilə işləyir. Bu il isə sentyabrın 26-da cənab Prezident tərəfindən Bakı Konqres Mərkəzində onlayın formatda Mingəçevir Sənaye Parkında “TEXILE Horizon” MMC-nin ( Tekstil Krasteri) layihəsi üzrə istehsal müəssisəsinin təməlinin qoyulması şəhərimizə göstərilən diqqətin davamıdır.

Ötən illər ərzində cənab Prezidentin imzaladığı Dövlət Proqramlarına uyğun olaraq Mingəçevirdə həyata keçirilən geniş abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Sənaye müəssisələrinin istehsal gücü artır, yeni parklar və xiyabanlar salınaraq əhalinin istifadəsinə verilir. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində Mingəçevir günbəgün gözəlləşir. Ötən illər ərzində 336 yaşayış binasının əsaslı və cari təmir işləri həyata keçirilib. 26 nümunəvi məhəllə yaradılıb, bu il isə 4 nümunəvi məhəllədə işlər aparılır. Nümunəvi məhəllələrdə 15 idman, 16 idman trenajor və 27 uşaq əyləncə meydançaları, 220 ədəd söhbətgah, 1094 ədəd oturacaq quraşdırılmışdır. Bu il “Şəhərsalma və Memarlıq ili” ilə bağlı cənab Prezidentin göstərişi ilə Mingəçevir şəhərində “Bakı Abadlıq” MMC tərəfindən 98 binanın fasad hissəsi, 5 yaşayış binasının dam örtüyü təmir edilmiş, park və xiyabanlarda, yaşıllıq zolaqlarında abadlaşma işləri aparılmış, 9000-ə yaxın gül-çiçək, 61 min dekorativ kollar əkilmişdir. Heydər Əliyev prospektində yeraltı keçidin, Gənclər-idman İdarəsinin qarşısının, Dram Teatr meydanının yenidən qurulması nəzərdə tutulmuş, bir neçə məhəllədə yenidənqurma işlərinin aparılması, uşaqlar üçün əyləncə və idman qurğularının quraşdırılması planlaşdırılmışdır. Ölkə Prezidentinin tapşırığı ilə şəhid ailələrinə, Qarabağ əlillərinə diqqət və qayğının günü-gündən artdığını bildirən İ.İsmayılov bu ailələırin mənzil məişət şəraitinin yaxşılaşdırılmasına, qarşılaşdıqları problemlərin həllinə dəstək göstərildiyini də qeyd edib. Cənab Prezidentin;- «Mingəçevir çox müasir, gözəl şəhərə çevrilibdir. Artıq Mingəçevir təkcə energetiklər şəhəri deyil, sənaye şəhəridir, mədəniyyət mərkəzidir… Şəhər təmamilə müasirləşib, gözəlləşib, böyük abadlıq-quruculuq işləri aparılır, xiyabanlar, parklar salınır, binalar təmir olunur», fikirlərini yada salan şəhər rəhbəri Mingəçevirin ölkə xaricində də tanındığını vurğulayıb.

Mingəçevir Türkiyə Respublikasının Qars və Gölbaşı Bələdiyyələri ilə, Belarusiyanın Polosk, İsrailin Afula, Qazaxıstan Respublikasının Uralsk, Özbəkistan Respublikasının Namanqan şəhərləri ilə qardaşlaşıb. “Mingəçevir Turizm və Rekreasiya Zonası”nın yaradılmasına göstəriş verən cənab Prezident şəhərimizin gələcəkdə ən iri sənaye şəhərlərindən birinə, turizm zonasına çevrilməsi üçün öz köməkliyini əsirgəmir. Bütün bu diqqət və qayğıya, şəhərimizdə aparılan işlərə verdiyi yüksək qiymətə görə ölkə rəhbəri cənab İlham Əliyevə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Ölkəmizin energetika paytaxtı olan Mingəçevrdə həyat öz axarı ilə davam edir, insanların əhval-ruhiyyəsi yaxşılaşır, təhsil və tərbiyə müəssisələrində, universitet və kolleclərdə təhsil alan məktəblilər, tələbələr vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərmizə uyğun təhsil alırlar. Gənclərə diqqət artır, insanların məşğuluğunun təminatı diqqət məkəzində saxlanılır. Şəhərimizin inkişafına verilən dəstəkdən danışarkən Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi qeyd etmək istərdim. Mehriban xanımın «Yeniləşən Azərbaycana yeni məktəb» proqramı çərçivəsində şəhərimizdə inşa olunan müasir məktəblərdə təhsilin yüksək səviyyədə aparılmasından bəhs edib. Əmin ola bilərsiniz ki, biz bundan sonra da şəhərimizi cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Respublikanın inkişaf etmiş iri sənaye, elm və turizm mərkəzinə, daha da abadlaşan, gözəlləşən şəhərinə çevirməyə çalışacağıq. “Şəhər günü” münasibətilə bir daha bütün mingəçevirliləri, Mingəçevirlə bağlı olan, onu sevən bütün insanları ürəkdən təbrik edir və hər birinizə cansağlığı, xoşbəxtlik, ailə səadəti, şəhərimizə ölkə başçısının daimi və yüksək diqqəti sayəsində yeni-yeni uğurlar arzulayıram.

Çıxış edən millət vəkili Aydın Mirzəzadə qədim yaşayış məskəni olan Mingəçevirin keçdiyi ilk quruculuq illərindın, Ulu Öndərin hakimiyyətinin birinci dövründə şəhərin energetika və sənaye mərkəzinə çevrilməsindəki xidmətlərindən, Prezident İlham Əlieyvin qayğısı sayəsində müasir Mingəçevirin tərəqqisindən söhbət açıb.

Sonra Mingəçevir şəhərinin inkişafında xidmətlərinə, ictimai həyatında fəal iştiraklarına görə və şəhərin 78 illiyi münasibəti ilə bir qrup şəxsə şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub. Tədbir incəsənət ustalarının təqdim etdiyi konsert proqramı ilə davam edib.

Keçidlər