Noyabr ayının 8-də Mingəçevirdə 8 noyabr - Zəfər Günü münasibətilə tədbirlər keçirildi
09 noyabr 2024 | 09:31
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti ilə 30 ildən artıq müddətdə işğal altında qalan torpaqlarımızın azad olunması Azərbaycan tarixinin parlaq səhifəsinə çevrilib. Hələ birinci Qarabağ müharibəsində, ondan sonrakı atəşkəs dövründə, düşmənin çoxsaylı təxribatları nəticəsində, Aprel döyüşlərində, Vətən müharibəsində, 2022-ci ilin 12-14 sentyabr hadisələri zamanı, 2023-cü il 19-20 sentyabrındakı antirerror əməliyyatlarında torpaqlarımızın qorunması və azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim əziz tutulur, xatirə tədbirləri keçirilir, məzarları ziyarət olunur. Uzun illərdən sonra Azərbaycana Zəfər tarixini yazan, yurdumuzun suverenliyinin, ərazi bütövlüyünün bərpa olunmasında qəhrəmanlıqlar göstərən Vətən övladlarına ehtiram əlaməti olaraq Mingəçevirdə Zəfər günü münasibəti ilə izdihamlı tədbir keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, Qarabağ müharibələri veteranları, YAP şəhər təşkilatının və Mingəçevir Bələdiyyəsinin rəhbərliyi, mətbuat işçiləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Tədbir Mingəçevir Şəhidlər Xiyabanında davam edib. Şəhidlərimizin ruhuna dualar oxunub. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, ictimaiyyət nümayəndələri, idarə və müəssisələrin kollektivləri, təhsil səhiyyə, mədəniyyət və idman müəssisələrinin təmsilçiləri, müharibə və əmək veteranları, ictimai təşkilatların nümayəndələri şəhidlərimizin, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş Vətən övladlarının məzarlarını ziyarət edərək üzərinə güllər qoymuş, xatirələrini yad etmişlər. Vətən torpaqları uğrunda döyüşlərdıə itkin düşmüş oğulların şərəfinə ucaldılmış abidə kompleksi və onların rəmzi məzarları da ziyarət olunub, gül dəstələri qoyulub. Tarizimizin şanlı səhifəsi olan Zəfər Günü xalqımız üçün ən əziz günlərdən birinə çevrilib. Əziz bayram münasibəti ilə axşam saatlarında İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Meydanında respublika incəsənət ustalarının iştirakı ilə konsert proqramı keçirilmişdir.