Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabr ayının 29-da Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.

29 noyabr 2022 | 17:18

İcra aparatının məsul əməkdaşlarının, hüquq mühafizə orqanlarının, şəhərin idarə və müəssisələrinin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, mətbuat işçilərinin iştirak etdiyi iclası açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirdi ki, iclasın gündəliyində 2 məsələ durur. 1. Şəhər təsərrüfatının müəssisə, idarə və təşkilatlarının 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığı vəziyyəti haqqında. 2. Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği sahəsində aparılan işlərin vəziyyəti barədə. Birinci məsələ haqqında hesabatla şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər Təsərrüfatı şöbəsinin böyük məsləhətçisi Vəli Hüseynov çıxış etdi. Şəhərin idarə və müəssisələrində payız qış mövsümünə hazırlıqla bağlı görülən işlərdən, çatışmazlıqlardan danışıldı, qarşıya qoyulan məsələlərə aydınlıq gətirildi. Məsələ ətrafında müzakirələrdən sonra şəhər rəhbəri müvafiq idarə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi. Məsələ ilə bağlı qərar layihəsi qəbul olundu. Gündəlikdə duran 2-ci məsələ haqqında məlumatla Başçının müavini - İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov çıxış etdi. Sonra şəhər rəhbəri ulu öndər Heydər Əliyevin siyasi kursunun daim öyrənilməsi və təbliğ olunmasının vacibliyini diqqətə çatdıraraq bildirdi ki, Azərbaycanı dünyaya tanıdan məhz bu siyasi kurs olub: “Ulu öndərin qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycan bu gün möhtəşəm irəliləyişlər əldə edib. Dünyada imzası tanınır. Azərbaycanı uzun illərdən sonra qalib edən məhz Heydər Əliyevin ideyaları olub. 2023-cü ilin cənab prezidentin sərəncamı ilə Heydər Əliyev ili elan edilməsi, ulu öndərin anadan olmasının 100 illiyi münasibəti ilə tədbirlər planının təsdiq olunması hər birimizin ürəyincədir.Bu gün onun layiqli davamçısı ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hər bir layihə xalqımızın işıqlı sabahına bir töhfədir. Məsələ ilə bağlı qərar layihəsi qəbul olundu. İcra başçısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə yeni təyin olunan Məmmədov Rövşən Kamil oğlunu iştirakçılara təqdim edərək fəaliyyətində uğurlar arzuladı. 23 iyun Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə ölkə prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə ” medalı ilə təltif olunan Başçının müavini - İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimova medalı təqdim edərək təbriklərini çatdırdı. Şura iclasında İlham İsmayılov Şəhər İcra Hakimiyyəti başçısı yanında ictimai nəzarət şurası üzvlərinə vəsiqələri təqdim etdi. Sonda şəhər rəhbəri Kür sahilində “Sahil Əyləncə Parkı”-nın salınması ilə bağlı layihəni ictimaiyyət nümayəndələrinin müzakirəsinə təqdim etdi.

Keçidlər