Noyabr ayının 27-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.
Şurada şura üzvləri, təşkilat rəhbərləri, KİV-nin nümayəndələri iştirak edirdi.
Şura iclasının gündəliyinə müzakirə üçün 4 məsələ çıxarılmışdı:
1. “Şəhər təsərrüfatının, idarə, müəssisə və təşkilatların 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıq vəziyyəti haqqında”, 2.“Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional filialı tərəfindən (Mingəçevir şəhər) tənha, ahıl və əlil vətəndaşlara göstərilən qulluğun təşkili vəziyyəti barədə”, 3.“Mingəçevir şəhərində yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində Mərkəzi Aran Regional Təhsil idarəsinin Mingəçevir şəhər sektoru, Gənclər və İdman İdarəsi, mədəniyyət müəssisələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəhər şöbəsi tərəfindən aparılan işlərin vəziyyəti haqqında”, 4.“Şəhər Mühafizə şöbəsinin şəhər ərazisində mühüm əhəmiyyətli obyektlərin mühafizəsinin təşkili, fərdi evlərin, mənzilərin, ticarət obyektlərinin mühafizəyə cəlb edilməsinin vəziyyəti haqqında”.
Gündəlikdə olan məsələlər müzakirə edilərək hər bir məsələ üzrə müvafiq qərarlar qəbul edildi.