Şriftin ölçüsü :

Saytın rəngi :

Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi

03 noyabr 2025 | 18:34

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 23 noyabr 2018-ci il tarixli, 739 nömrəli Sərəncamının 8.9.3-cü “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlimlər keçirilməsi” bəndinin və “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3696 nömrəli 30 dekabr 2022-ci tarixli Sərəncamının 2.3-cü “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirələrinin keçirilməsi” bəndinin icrası ilə əlaqədar Mingəçevir Şəhər İcra Hakimiyyətində çalışan dövlət qulluqçuları üçün “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim keçirilmişdir. Təlimdə ŞİH başçısının müavinləri Məhluqə Cavadova, Fərid Məmmədov və Hikmət Kərimov, ŞİH başçısı aparatının məsul əməkdaşları və ərazi icra nümayəndələri iştirak etmişlər. Təlim zamanı iştirakçılara Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 2021-ci il 6 aprel tarixli “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”na əsasən aparıldığı, həmçinin, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin beynəlxalq təcrübəsi, qiymətləndirmənin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsində rotasiyanın rolu barədə məlumat verilmişdir. Təlimin sonunda interaktiv qaydada iştirakçıların sualları cavablandırılmış və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mövzusu ilə bağlı verilən təkliflər əsasında geniş fikir mübadiləsi aparılmışdır.

Keçidlər