Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəmçevir şəhər Gigiyena və Epidemioloji Mərkəzinin Məlumatı

16 noyabr 2023 | 10:36

Mingəçevir GEM-in Məlmat verir ki, son bir həfdə ərzində şəhərin müxtəlif ünvanlarında təsdiqlənmiş “Hepatit A” diaqnozu ilə 5 nəfər xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olmuşdur. Hər bir ünvanda həkim epidemioloq tərəfindən dərhal araşdırma aparılmışdır. Nəticədə 3 xəstə bahar küçəsində və  bir – biri ilə təmasda ola bilən eləcədə ikisinin qohumluq əlaqəsi olduğu aşkarlanmışdır. Digər iki xəstə isə şəhərin müxtəlif ünvanlarında yaşayan və bir – biri ilə yaxın əlaqəsi olmayan şəxslərdir. 07.11.2023-cü il tarixində ilk xəstə barədə məlumat daxil olan andan etibarən Ailə Sağlamlıq Mərkəzi və GEM-in həkimləri tərəfindən ünvanlar gündəlik müşahidə altına alınmış və bu iş 35 gün ərzində davam etdiriləcəkdir. Xəstəliyə şübhəli şəxs aşkarlanarsa şübhəlilər laborator analizlər üçün xəstəxanaya göndərilir. 13.11.2023-cü il tarixində 2-ci xəstə barəsində məlumat alındıqdan sonra hər iki xəstənin eyni ünvanda olduğunu nəzərə alaraq əraziyə GEM tərəfindən “Su-kanal”ASC-nin mühəndisləri əraziyə cəlb olunmuşlar. Son iki ay əvvələ qədər Bahar küçəsində su xəttində qəza olmadığı aşkarlandı, xəstələrin mənzillərindən su nümunələri götürülüb bakterioloji müayinə üçün Mingəçevir GEM-nin laboratoriyasına verilmişdir. O cümlədən də Su anbarının çıxış nöqtəsindən də nümunə analiz götürülmüşdür. Xəstəlik Fekal-oral yayıla bildiyi üçün digər infeksion xəstəliklərdə olduğu kimi profilaktika məqsədi üçün şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır. İnsana “Hepatit A” virisu daşıyan nəcislə çirklənmiş su və qida maddələrinin ağızdan alınması yolu ilə keçə bilir. Gugiyenik qaydalara riaət edilməli və əl yuma vərdişi formalaşdırılmalıdır. Yoluxmamaq üçün öpüşmək, sarılmaq və yeməklərin paylaşılmasından mümkün qədər uzaq durulmalıdır.

GEM-in icraçı direktoru Validə Məmmədova

Keçidlər