Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirin şəhər statusu almasının 75 illiyi münasibəti ilə görülən işlərə baxış keçirildi

10 noyabr 2023 | 16:53

Mingəçevirin şəhər statusu almasının 75 illiyi münasibəti ilə noyabr ayının 10-da şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq şəhərin müxtəlif ərazilərində həyata keçirilən abadlıq-quruculuq işlərinə baxış keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun rəhbərliyi ilə aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri tədbirdə olmuşlar. Dostluq parkının boş qalmış ərazisində hazırlanan əyləncə mərkəzinə, Heydər Əliyev prospektindəki 68/1 nömrəli binanın qarşısındakı ərazidə salınan nümunəvi istirahət guşəsinə, Sahil parkında uzunluğu 120 metr ərazidə yaradılan gəzinti sahəsinə, sağ sahil yaşayış massivindəki Təbriz küçəsi boyunca salınan parka, Azərbaycan İES yaşayış massivi ərazisində Cəmil Əliyev küçəsindəki binaların qarşısındakı nümunəvi məhəlləyə baxış keçirilmişdir. Baxış zamanı şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərin arzu və istəklərini dinləmiş, onlara bu istirahət guşələrinin qorunub saxlanması üçün məsləhət və tövsiyyələrini vermişdir. Eyni zamanda, bu gözəlliklərin şəhərin 75 illiyi münasibəti ilə sakinlərə hədiyyə olduğunu diqqətə çatdırmışdlr. Qarşıdan gələn yubiley münasibəti ilə hər bir mingəçevirliyə təbriklərini çatdırmışdır.

Keçidlər