Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirə yeni texniki avadanlıqlar gətirilib

09 sentyabr 2025 | 17:50

Məlum olduğu kimi şəhərin sanitar təmizliyinə bilavasitə cavabdeh olan Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin texniki avadanlıqlara müasir tələblərə cavab vermir. Bununla əlaqədar olaraq Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov respublikannln Nazirlər Kabinetinə, əlaqədar nazirliklərə rəsmi müraciətlər edərək kömək göstərilməsini xahiş edib. Bütün bunları nəzərə alan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq Mingəçevirə iki ədəd KAMAZ markalı məişət tullantılarını yığıb səliqə ilə daşıyan texnika verilib. Sentyabrın 9-da Mingəçevirə gətirilən yeni texniki avadanlıqların təqdimatı keçirilib. Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarının, müvafiq müəssisələrin rəhbərlərinin, ictimaiyyət və mətbuat nümayəndələrinin iştirak etdiyi tədbirldə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək həyata keçirilən abadlıq-quruculuq işlərindən danışıb. Şəhərin təmizliyinin, gözəlliyinin qorunması, səliqə sahmana salınması məqsədi ilə həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini bildirib. Bu mənada şəhər üçün zəruri olan yeni məişət tullantılarını daşıyan maşınların verilməsinin Mingəçevirrə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edib. Ölkə Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına daim diqqət göstərdiyindən bəhs edən şəhər rəhbəri ötən illər ərzində də şəhərimizə texniki avadanlıqların alındığını nəzərə çatdırıb. Qeyd olunub ki, bu məişət tullantılarını yığan maşınların üstünlüyü ondadır ki, onlar Gəncə Avtomobil Zavodunda istehsal olunur və lazım gəldikdə onun ehtiyat hissələri ilə təminatında problem yaranmayacaq. Gələcəkdə işlərin yüksək səviyyədə aparılması üçün daha yeni avadanlıqların alınması da diqqət mərkəzində saxlanılır. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Tahir Abdullayev məlumat verib ki, bu avadanlıqlar köhnə tipli maşınlardan dəfələrlə üstündür, məişət tullantılarını özü presləyir, iqtisadi cəhətdən qənaətcildir. Maşının özünü təmizləmə, yuma mexanizmi, kondisioneri, təkərlərinin nizamlanmasını həyata keçirmək imkanı vardır. Tədbirdə ictimaiyyət nümayəndələrini maraqlandıran sualları cavablandıran İcra başçısı İlham İsmayılov hər cür diqqətə görə ölkə rəhbəri cənab İlham Əliyevə şəhər ictimaiyyəti adından minnətdarlığını bildirib.

Keçidlər