Şriftin ölçüsü :
Saytın rəngi :
12 may 2025-ci il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında “Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya”nın cari il üçün illik iş planına müvafiq olaraq Uşaq-Gənclər İnkişaf Mərkəzində “15 May-Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə müstəqil Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin və vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən Komissiyanın aparıcı məsləhətçisi Qorxmaz Abbaszadə qeyd edib ki, BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq hər il 15 may tarixi bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur. Azərbaycanda cəmiyyətin özəyi sayılan ailəyə həmişə böyük önəm verildiyindən, dövlətimiz tərəfindən ailələrə göstərilən diqqət və qayğıdan danışaraq cəmiyyətin formalaşmasında və mənəvi saflaşmasında ailənin mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonda Mərkəzin dərnək üzvlərinin iştirakı ilə rəngarəng çıxışlar və ifalarla davam edən tədbir uşaqlar üçün xüsusi yaddaqalan olub.