Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Zəfər günü qeyd olundu

08 noyabr 2022 | 08:39

Azərbaycan xalqı uzun illərdən sonra işğal altında qalan torpalqlarının azad olunması sevincini yaşayır. 2020-ci il sentyabr ayının 27-də başlanan Vətən Müharibəsi 44 gün ərzində şanlı qələbələrlə davam etdi. Hərb yolu ilə torpaqlarımızın böyük hissəsi azad olundu. Noyabr ayının 8-də Şuşa şəhərinin azad olunması, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbayvan Ordusunun əsgər və zabitlərinin rəşadəti ilə həyata keçirildi. Bununla da tariximizə şanlı səhifə yarandı. Noyabr ayının 8-də Mingəeçvir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər günü münasibəti ilə silsilə tədbirlər həyata keçirildi. İlk olaraq müstəqilliyimizin qoruyucusu və memarı, ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyuldu. Sonra tədbir iştirakçıları Mingəçevir Şəhidlər Xiyabanına gələrək torpaqlarımızın bütövlüyü, azad olunması yolunda həlak olan bütün şəhidlərimizin məzarını ziyarət etdilər və gül-çiçək dəstələri qoyaraq ehtiramlarını bildirdilər. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin üzvü Aydın Mirzəzadə, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri cəmiyyətlərinin sədrləri, qazilər, YAP şəhər təşkilatının sədr müavini və mətbuat işçiləri iştirak edirdilər. Ziyarətdən sonra Zəfər gününə həsr olunmuş istirahət zonasına ictimai baxış keçirildi. Axşam saatlarında Heydər Əliyev Meydanında Zəfər Gününə həsr olunan konsert və bayram atəşfəşanlığı keçirilmişdir.

Keçidlər