Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Yel çərşənbəsi münasibəti ilə bayram tədbiri keçirilib.

12 mart 2024 | 16:26

Martın 12-də Mingəçevir şəhər Energetiklər yaşayış massivində Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə Mingəçevir şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, yaşayış massivinin sakinləri iştirak ediblər. Mingəçevir şəhər İcra Hakimiyyətinin Novruz bayramının keçirilməsi haqqında hazırladığı tədbirlər planına uyğun olaraq “Azərbaycan İES” MMC, A.Niftəliyev adına Mədəniyyət mərkəzi və mənzil kommunal təsərrüfatı kombinatının birgə keçirdiyi tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmaylov mingəçevirlilərə bayram təbriklərini çatdırıb. Qeyd olunub ki, Novruz bayramı xalqımızın əziz və milli bayramlarından biridir. Bu bayram bizə ata-babalarımızdan miras qalıb, biz də bu ənənəni davam etdirərək milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində öz börcumuzu verməyə çalışırıq. Fərəhlə bildirməliyik ki, artıq Novruz bayramı Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin, qazilərimizin fədakarlığı sayəsində azad olunan torpaqlarımızda da böyük təntənə ilə qeyd olunur. Bu Azərbaycan xalqının böyük zəfərinin təcəssümüdür. Dünya dövlətləri arasında nüfuzu artan Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməklə iqtisadi gücünün yüksəldiyini bir daha təqdim edir. Bildiyiniz kimi, dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığı ilə regionların hər bir bölgəsində olduğu kimi Mingəçevirdə də abadlıq-quruculuq işləri aparılır. Bu çərçivədə Energetiklər yaşayış massivində quruculuq işləri davam etdirilir, məhəllələr abadlaşır, nümunəvi məhəllələr yaradılır, oturacaqlar və söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncə qurğuları, böyüklər üçün trenajorlar quraşdırılmış idman meydanları hazırlanır, yollar asfaltlanır, kanalizasiya sistemi yenilənir, yaşayış binalarında əsaslı təmir işləri görülür, işıqlandırma nöqtələri artırılır, yaşıllıq zolaqları genişləndirilir. Bütün bunlar vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilir. Bu gün biz Novruzun üçüncü, yel çərşənbəsini qeyd edirik. Mən bu əziz bayram münasibəti ilə hər birinizi, ailə üzvlərinizi ürəkdən təbrik edir, xoşbəxtlik, xoş günlər arzu edirəm. Qoy bu Novruz evlərinizə sevinc və səadət gətirsin. Bayramınız mübarək! Tonqal ətrafında şəhərin mədəniyyət işçilərinin təqdim etdiyi şən musiqilər, Mingəçevir Dövlət Dram teatrının aktyorlarınıın təqdimatında Keçəlin, Kosanın məzhəkələri, Dədə Qorqudun tövsiyyələri, Bahar qızın xoş arzuları toplaşanların alqılşları ilə qarşılanıb. Sonda bayram tonqalı alovlandırılıb.

Keçidlər