Mingəçevirdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirildi.
02 oktyabr 2024 | 17:49
Oktyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Gənclər Evi sosial xidmət sahəsinin birgə təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində “2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi münasibətilə ətraf mühitin qorunması və ekoloji problemlərin həlli kimi məsələlərdə dini icmaların rolu” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elşən Əliyev, Mingəçevir Bələdiyyəsinin şöbə müdiri Zahid Qasımlı, "Eko-Tes" Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin sədri Çingiz Nəzərov, eləcə də Mingəçevir Dövlət Universitetinin müəllim və tələbələri, Gənclər Evinin könüllüləri, din xadimləri, dini icma sədrləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər mövzunun əhəmiyyətindən bəhs edib, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin ölkəmiz üçün böyük imkanlar yaratdığını, AR Prezidentinin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin COP29-a hazırlıq kimi dəyərləndirildiyini, bu tədbirlərdən irəli gələrək ətraf mühitin qorunmasında dini icmaların qarşısında duran məsələlər və həyata keçirilən digər tədbirlər barədə məlumat veriblər.
Seminar diskussiya formasında davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.