Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Xocalı faciəsinin 34-cü ildönümünə həsr edilmiş anım tədbirləri keçirilib.

25 fevral 2026 | 16:39

25 fevral 2026-cı il tarixində Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbində anım tədbiri və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli kitabxana filialında “Tariximizin silinməz yarası” başlığı altında sərgi təşkil edilib. Tədbirlərin əvvəlində Xocalı soyqırımı zamanı həlak olmuş insanların və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu sükutla yad edilib.

Sərgidə şagirdlər tərəfindən hazırlanan rəsmlər və digər yaradıcılıq nümunələri nümayiş olunmuşdur. Sərginin keçirilməsində əsas məqsəd şagirdlərə vətənpərvərlik ruhunun aşılanması, tarixi yaddaşın qorunması olmuşdur.

Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbində keçirilən tədbir çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qaımov haqqında sənədli film nümayiş olunmuşdur. Filmdə qəhrəmanın döyüş yolu, Vətənə sədaqəti və göstərdiyi igidlik nümunələri geniş şəkildə əks olunmuşdur. İştirakçılar qəhrəmanlıq salnaməsi ilə yaxından tanış olmuş, onun şücaəti bir daha dərin hörmətlə yad edilmişdir.

Daha sonra tədbir iştirakçıları Milli Qəhrəman Natiq Qaımovun büstünü ziyarət etmiş, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anmışlar. Şəhidlərimizin ruhuna dualar oxunmuş, onların Vətən uğrunda göstərdikləri fədakarlığın heç zaman unudulmayacağı vurğulanmışdır.

Keçidlər