Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə vətəndaşlarla növbəti səyyar görüş keçirilib.

13 avqust 2026 | 09:36

İsmət Qayıbov küçəsindəki 4 nömrəli binanın qarşısında keçirilən görüşdə İcra aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, müxtəlif ərazilərdən gələn sakinlər, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə sakinlərlə səyyar görüşlərin təşkil olunmasının vətəndaşların rifah halının yaxşılaşdırılması, problemlərini öyrənmək, həllinə nail olmaq məqsədli olduğunu bildirib. İcra Hakimiyyətinin tədbirlər planına əsasən həyata keçiriləcək quruculuq işləri haqqında məlumat verib. Qeyd olunub ki, bu il daha 20 binada əsaslı təmir işləri aparılacaq, bəzi binaların dam örtüyü yenilənəcək, o cümlədən 23 küçədə, 18 dalanda, 4 məhəllədaxili ərazidə və digər ərazilərdə asfaltlanma, işıqlanma işləri icra olunacaq, nümunəvi şərait yaradılacaqdır. Sakinlərin istirahəti üçün şərait yaradılacaq, uşaq və gənclərin əylənməsi məqsədi ilə idman qurğuları quraşdırılmış meydançalar hazırlanacaqdır. Çlxış edən sakinlər görülən işlərdən razılıqlarını, diqqət və qayğı üçün ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Bir çox problemlərdən söz açılıb. Ağacların suvarılması və budanması, kanalizasiya sistemində olan nasazlıqlar, zirzəmilərdəki antisanitar vəziyyət, dezinfeksiya işlərinin aparılması, binaların əsaslı təmiri, oturacaqların, kölgəliklərin yerləşdirilməsi və digər məsələlərlə bağlı müraciətlər edilib. Müraciətləri və əlaqədar müəssisə rəhbərlərinin məlumatlarını dinləyən şəhər rəhbəri görüşün sonunda hər bir problemlə yaxından tanış olmaq üçün ərazidə olmağı və həllini təmin etməyi, işə məsuliyyətlə yanaşmağı tapşırıb.

Keçidlər