Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə uzun illər qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlər yeni mənzillərinə köçməyə hazırlaşır

22 dekabr 2023 | 16:24

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Çərçivəsində 20 ilə yaxındır ki, Mingəçevirdə də genişmiqyaslı quruculuq işləri aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində şəhərimiz gündən-günə genişlənir, gözəlləşir, insanların həyat səviyyəsi yaxşılaşır. Bütün bunların nəticəsidir ki, son zamanlar Mingəçevirdə insanların məmnunluq hisslərini artırmaq məqsədi ilə nümunəvi məhəllələr yaradılır, parklar salınır. Həyata keçirilən tikinti-quruculuq işlərinin sahəsi genişləndikcə sakinlərin rifah halı daha da yaxşılaşır. Şəhərin sağ sahil yaşayış massivində on illər əvvəl istifadəyə verilən 3 yaşayış binasının təhlükəli vəziyyətdə olması şəhər İcra Hakimiyyətinin diqqətindən yayınmamış və buna müvafiq olaraq əlaqədar dövlət qurumları ilə aparılan danışıqlar öz müsbət nəticəsini vermişdir. Belə ki, 2021-ci il noyabr ayının 15-də Mingəçevir şəhərinin Gəncə şossesində 2 girişli, 5 mərtəbəli, 40 mənzilli yaşayış binasının tikintisinə başlanılmış və bu bina artıq istifadəyə hazırdır. Buna müvafiq olaraq şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sərəncamı ilə dekabr ayının 22-də 11 nömrəli məktəbin akt zalımda mənzillərin püşkatma yolu ilə bölünmə prosesi həyata keçirilmişdir. Tədbir yaradılmış komissiya tərəfindən reallaşıb. Uzun illər qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildiriblər. Bəli, 33 mənzilin sakinləri qarşıdan gələn yeni ili, 2024-cü ili təzə və müasir mənzillərində qarşılayacaqlar.

Keçidlər