Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə uşaqların hüquq və vəzifələri" mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir.

30 sentyabr 2024 | 17:47

Hər il olduğu kimi bu ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. “20 noyabr 1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiya uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən və iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyan mühüm beynəlxalq hüquqi sənəddir. Ölkədə uşaq hüquqlarının müdafiəsi, təşviqi, pozulmasının qarşısının alınması, təmin edilməsi vəziyyətinin öyrənilməsi və pozulmuş hüquqların bərpası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Bununla əlaqədar olaraq Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin , məktəblilərin , uşaq birlik rəhbərlərinin , psixoloqlarının iştirakı ilə 23 sentyabr 2024-cü il tarixində “Uşaq Hüquqları aylığı çərçivəsində " Uşaqların hüquq və vəzifələri" mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirdə uşaq hüquqları haqqında məlumatlar verilmiş , müzakirələr aparılmışdır. Təsviri incəsənət dərnəyinin üzvlərinin rəsm əsərlərindən ibarət sərgi təşkil etmişdilər. Uşaq hüquqları aylığı çərçivəsində “Gənc liderlər” dərnəyinin üzvləri tərəfindən dəyirmi masalar təşkil olunmuş , Dram dərnəyinin üzvləri konsepsiyanın tərkibinə həsr edilmiş səhnəciklər hazırlamış,Bədii qiraət,tarix diyarşunaslıq dərnəklərinin üzvləri uşaqlarla diskussiya apararaq uşaqların təkcə hüquqlarını deyil eyni zamanda onların vəzifələrini də müzakirə etmişlər.

UGİM-in direktoru Ədalət Quliyeva, metodisti, "Dram" dərnəyinin rəhbəri Ülviyyə Kərimova dərnək üzvlərimizə uşaq hüquqları haqqında məlumatlar vermiş , müzakirələr aparmışdır. Təsviri incəsənət dərnəyinin üzvlərinin mövzu ilə bağlı rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuşdur.. Hər bir uşağın hüququ sülh ,əmin-amanlıq içində yaşamaqdısa, vəzifəsi yaxşı oxumaq,böyüklərin hörmətini saxlamaq,kiçik yaşlılara qayğıyla yanaşmalıdır. Vətənini,torpağını sevməli, onun hər qarışı üçün canını qurban verməyə hazır olmalıdır.  Qeyd olunanları nəzərə alaraq, bütün aidiyyəti qurumları “Uşaq Hüquqları Aylığı” na qoşulmağa dəvət edir və aylıq çərçivəsində uşaq hüquqları, xüsusilə uşaqlarla rəftar, davranış qaydalarına dair hüquqi maarifləndirmə və təşviqat tədbirlərinin keçirilməsinə, bu sahədə araşdırmaların aparılmasına çağırıram. İnanıram ki, səylərimizi birləşdirməklə ölkədə uşaqların müdafiəsi və inkişafına, onların hüquqlarının təmininə töhfə verəcəyik”.

Keçidlər