Şriftin ölçüsü :

Saytın rəngi :

MİNGƏÇEVİRDƏ ÜMUMŞƏHƏR İMƏCİLİYİ KEÇİRİLİB

14 mart 2026 | 12:50

     Mingəçevir şəhər İcra Hakimiyyətinin Novruz bayramı münasibəti ilə təsdiq etdiyi Tədbirlər Planına müvafiq olaraq mart ayının 14-də ümumşəhər iməciliyi keçirilib. Şəhərin idarə, müəssisə və təşkilat kollektivlərinin iştirakı ilə keçirilən iməcilik zamanı küçələr, parklar, istirahət məskənləri və xiyabanlarda, məhəllələrdə, həmçinin müəssisələrin həyətyanı ərazilərində təmizlik və səliqə-sahman işləri aparılıb. İməcilikdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın kollektivi, şəhər Bələdiyyəsinin, YAP şəhər təşkilatının rəhbərliyi, üzvləri və qulluqçuları, təhsil, səhiyyə, mədəniyyət və idman müəssislərinin, ictimai təşkilatların təmsilçiləri fərəh hissi ilə iştirak ediblər. Azərbaycan İES MMC-nin, SES Silsiləsinin, Mingəçevir Dövlət Universitetinin, Tibb Kollecinin, kommunal xidmət müəssisələrinin və digər müəssisələrin kollektivləri iməcilikdə fəallıq göstərmişlər.

     Xüsusilə şəhərin Heydər Əliyev, N.Nərimanov, A. Məmmədov, 20 Yanvar, Fizuli, Təbriz, Naxçıvan küçələrində, Sahil parkı ərazilərində, yaşayış massivlərində görülən işlərdə bahar əhval ruhiyyəsi hiss olunub. İməcilik iştirakçıları ərazilərin süpülüməsi, yaşıllıqların ot alaqdan təmizlənməsi, tullantıların daşınması, ağacların və gül kollarının diblərinin suvarılması, yumşaldıılması işlərini icra ediblər. İməclik zamanı Heydər Əliyev prospektinə yeni şam ağaclarıda əkilmişdir.

    Qeyd edək ki, mövsüm ərzində kollektivlər iməcilikləri davam etdirməklə yaşıllıq zolaqlarına yeni ağac tingləri və gül kollarının əkilməsi işlərini həyata keçirməklə Mingəçevirin hüsnünə əlavələr edəcəklər.

Keçidlər