Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir

14 iyun 2023 | 17:57

İyunun 14-də Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetinin akt zalında 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirildikdən sonra “Milli dövlətçiliyimizin xilaskarı” filmi nümayiş olunub.

Konfransı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq qeyd etmişdir ki, 1993-cü ilin 15 iyun tarixi - Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir. Azərbaycan xalqı və dövlətçiliyi üçün həqiqətən də qurtuluş tarixidir. Qısa müddətdə həyata keçirilən səriştəli siyasətlə ümummilli liderimiz Heydər Əliyev Doğma Azərbaycanımızı məhv olmaqdan, xalqı isə düçar olduğu bəlalardan xilas etdi. 1993-cü ilin iyun ayının 15-də qayıdışı ilə o tariximizin yeni bir mərhələsini - quruculuq, inkişaf və yüksəliş dövrünün əsasını qoydu, dövlətçilik tariximizin şanlı səhifəsini yazdı. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun- Milli Qurtuluş gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Hər birimiz ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında əvəzsiz, nəhəng xidmətlərinin, bu tarixi şəxsiyyətin rəhbərliyi ilə əsası qoyulan işlərin bu gün onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən dəqiqliklə davam etdirilməsinin və bu siyasətin nəticəsində çox böyük uğurların əldə olunmasının şahidiyik. Tam əminik ki, bu uğurlar davamlı olacaq, biz müstəqil dövlətimizin yeni-yeni zəfərlərini və qələbələrini görəcəyik. Mən bu əlamətdar gün münasibətilə sizləri və sizin timsalınızda bütün mingəçevirliləri təbrik edir, hər birinizə uzun ömür, can sağlığı arzulayıram.

Konfransda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş məruzələr dinlənilib.

Keçidlər