Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə “ Turizm Sektorunda İnkişaf Perspektivləri və Mövcud Çətinliklər” mövzusunda tədbir keçirilmişdir.

01 noyabr 2024 | 17:34

01.11.2024-cü il tarixində Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən Mərkəzi Aran Turizm Sənayesi Üzvləri və Dövlət qurumları arasında əməkdaşlığın yaxşılaşdırılması məqsədi ilə “ Turizm Sektorunda İnkişaf Perspektivləri və Mövcud Çətinliklər” mövzusunda tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi müvafiq dövlət qurumlarının turizm sənayesi subyektlərinə (Kiçik və Orta Sahibkar) göstərdikləri xidmətlər, sahibkarların bu xidmətlərdən istifadə etməsi mexanizmləri haqqında məlumatların verilməsi, bu istiqamətdə qarşılıqlı müzakirələrin aparılması ilə bağlı olmuşdur. Tədbirdə turizm sənayesi üzvlərinə göstərilən xidmətləri daha da gücləndirmək məqsədi ilə Mingəçevir Regional Turizm İdarəsi və müvafiq dövlət qurumları arasında əməkdaşlığın qurulması imkanları da müzakirə edilmişdir. Tədbirin ikinci hissəsində Turizm İnkişaf Planında Mingəçevir şəhərinin turizm potensialının inkişafı üçün nəzərdə tutulan fəaliyyətlərdə müzakirə edilmişdir.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Dövlət Turizm Agentliyinin Mədəni İrsin İdarə Edilməsi Sektorunun müdiri Rüstəm Mehdizadə, Mingəçevir Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, İqtisadiyyat Nazirliyi Yanında Mərkəzi Aran Regional bölməsinin müdiri Sani Məmmədov, Yevlax şəhər KOB evinin direktor müavini Fariz Səttarov, Yevlax şəhər KOB dostunun rəhbəri Sahib Əmirov, Sahibkarlığın İnkişaf Fondu, tərəfdaşlarla iş şöbəsinin aparıcı mütəxəssisi Qəzənfər Səfərxanlı və Mərkəzi Aran Regional Məşğulluq Filialı-Mingəçevir şəhər Xidmət şöbəsinin müdiri Seymur Yusibov iştirak etmişlər.

Keçidlər