Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Tibb İşçilərinin Peşə Bayramı qeyd olundu

17 iyun 2026 | 14:35

İyunun 17-də Şəhər Mərkəzi Xəstəxanasının akt zalında Tibb İşçilərinin Peşə Bayramı münasibəti ilə tədbir keçirilib. Tədbirdə tibb işçiləri ilə yanaşı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, mətbuat işçiləri iştirak ediblər.

Əvvəlcə ulu Öndər abidəsi önünə gül dəstələri düzülüb. Tədbir ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Ülfət Qurbanov peşə bayramı münasibəti iıə həmkarlarını təbrik edərək xoş arzularını çatdırıb.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək tibb işçilərinə peşə bayramı münasibəti ilə təbriklərini çatdırıb. Qeyd edib ki, 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradıldığı 17 iyun günü 4 iyun 2001-ci ildə Heydər Əliyevin imzaladığı sərəncama əsasən Səhiyyə İşçiləri Günü kimi qeyd olunur. İnsanların sağlamlığı keşiyində duran tibb işçiləri öz vəzifə borclarını layiqincə yerinə yetirirlər. Ulu öndərin səhiyyəmizə göstərdiyi diqqət və qayğı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni və müasir avadanlıqlarla, diaqnostik ləvazimatlarla təchiz olunan klinikaların, tibb ocaqlarının, xəstəxanaların tikilib istifadəyə verilməsi, yüksək ixtisaslı kadrların hazırlanaraq işə qəbul olunması insanlara göstərilən qayğının bariz nümunəsidir. Xüsusən İcbari Tibbi Sığortanın yaradılması əlçatanlığı təmin edir. Mingəçevir həkimləri nəinki şəhərimizin, hətta regiondan gələn insanların sağlamlığı keşiyində ləyaqətlə durmağa çalışırlar və bu yolda hər birinizə uğurlar arzulayıram. Bayramınız mübarək!

Tədbirdə çıxış edən həkimlər- Mətanət Əliyeva, Nicat Abbaszadə, Allahverdi Alıyev təbriklərini çatdıraraq bundan sonra da vətəndaşların sağlamlığı keşiyində ləyaqətlə dayanacaqlarını bildiriblər.

Tədbirdə xəstəxananın bir qrup əməkdaşına Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub.

Keçidlər