Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə “Təmiz Ölkəm” adlı iməclik aksiyası keçirilmişdir.

20 may 2024 | 16:49

18 may 2024-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Mingəçevir su anbarının ətrafında “Təmiz Ölkəm” adlı iməclik aksiyası keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd – şəhər ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimayətin rolunu artırmaq və bu sahədə ictimayətlə əməkdaşlığı gücləndirməkdən ibarət olmuşdur. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi, 5 nömrəli Magistiral Yolların İstismarı MMC əməkdaşları və Eko könüllülər iştirak etmişlər. İməclik aksiyası zamanı tədbir iştirakçıları tərəfindən 672 kq pərakəndə səpələnmiş müxtəlif növ tullantılar polietilen torbalara çeşidlənərək maşınlara yığılmış və zibil poliqonuna daşınmışdır. İştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması mövzusunda maarifləndirmə işləri aparılmışdır.

Keçidlər