Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda tədbir keçirilib.

14 may 2024 | 09:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik” ili çərçivəsində tədbirlərin keçirilməsi ekologiyanın yaxşılaşdırılmasına böyük bir töhfədir. May ayının 13-də Mingəçevir Bələdiyyəsinin iclas zalında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birgə keçirdiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda keçirilən toplantıda şəhər ictimaiyyətinin nümayəndələri, mətbuat işçiləri iştirak ediblər.

Tədbir iştirakçılarına Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun salamlarını çatdıran İcra Aparatının məsul əməkdaşı Vəli Hüseynov “Yaşıl Dünya Naminə Həmrəylik” ili ilə əlaqədar Mingəçevirdə davamlı olaraq tədbirlərin keçirildiyini bildirdi. Çıxış edənlər ölkəmizdə, regionlarda ekologiyanın qorunması, yaşıllığın genişləndirilməsi, əhalinin su təminatı sahəsindəki çətinliyinin həll edilməsi, çimərliklər və göllər ətrafındakı antisanitar vəziyyətin aradan qaldırılması, havanın çirkləndirilməsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən işlərdən danışdılar. Bu sahədə əhalinin maarifləndirilməsinə ehtiyacın duyulduğu vurğulandı, yaşadığımız ərazidə vətəndaşların sağlamlıqlarına zərbə vuran amillərə yol verilməməsi tövsiyə olundu. Əhalinin sağlamlığı üçün təmiz suyun verilməsi məqsədi ilə görülən işlərdən söz açıldı. Yaşıllıqların suvarılmasının vacibliyi diqqətə çatdırıldı. Mingəçevir şəhərində şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq yaşıllıq zolaqlarına texniki su xəttinin çəkilməsinin davam etdiyi bildirildi.

Tədbirdə iştirakçılar tərəfindən verilən suallar cavablandırıldı.

Keçidlər