Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə şəhid ailələrinə yeni mənzillərin açarları təqdim olundu

28 fevral 2024 | 12:48

Torpaqlarımızın azad olunması uğrunda gedən müharibələrdə həlak olan şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına hər zaman diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bu qəbildən olan ailələrə göstərilən dövlət qayğısı xüsusi nəzarətdə saxlanılır.

Bu baxımdan Mingəçevir şəhərində də şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına şəhər İcra Hakimiyyətinin qayğısı özünü büruzə verir. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının Azərbaycan Respublikasının baş nazirinə ünvanladığı müraciəti əsasında Mingəçevir şəhərində qəzalı vəziyyətdə olan binaların sakinlərinə Fövqəlada Hallar Nazirliyi tərəfindən yeni bina tikilmişdir. 2023-cü ilin dekabr ayında həmin binaların sakinlərinə mənzillərin açarları verildikdən sonra, 7 mənzil ehtiyatda qalmışdır. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə həmin mənzillərin şəhid ailələrinə və qazilərə verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunmuşdr. 27 fevral 2024-cü il tarixdə nazirliyin tabeliyində olan sosial xidmətlər agentliyinin məsul işçilərinin iştirakı ilə püşkatma tədbiri keçirilmiş, həmin 7 mənzilin açarları şəhid ailələrinə təqdim olunmuşdir.

Mənzillə təmin olunan şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya, sosial təminatlarının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər.

Keçidlər