Şriftin ölçüsü :
Saytın rəngi :
Mingəçevir şəhərində mütəmadi olaraq həyata keçirilən geniş miqyaslı tədbirlər sırasında ərazinin sanitar vəziyyətinin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi vacib yer tutur.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq 15.06.2023-cü il tarixində şəhər ətrafı ərazilərdə su hövzələrində, gölməçələrdə, qamışlıq və məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərdə, deratizasiya, dezinseksiya və dezinfeksiya işləri aparılıb.