Mingəçevirdə “Sağlamlığa doğru qaç” devizi altında tədbir keçirilib.
07 aprel 2025 | 12:17
Respublika üzrə səhiyyə işçiləri arasında ilk dəfə təşkil olunan və “Sağlamlığa doğru qaç” devizi altında keçirilən 5 kilometrlik qaçış yürüşü 6 aprel 2025-ci il tarixində Mingəçevirdə davam edib. 17 iyun – Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş layihə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilir. Layihənin əsas məqsədi tibb işçilərinin fiziki sağlamlığını təşviq etmək, onların asudə vaxtını səmərəli təşkil etmək, həmkarlar arasında həmrəyliyi gücləndirmək, iştirakçılara həm idmanla məşğul olmaq, həm də yeni dostluqlar qurmaq imkanı yaratmaqdır.
100 nəfərin ( Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Göyçay, Goranboy rayonlarından) iştirakı ilə keçirilən qaçış marafonunda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova iştirak edib.