Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə “Regionlarda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi” layihəsi çərçivəsində dəyirmi masa keçirilib.

31 avqust 2023 | 16:34

Mingəçevir şəhər Gənclər Evində Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Bakı Qeyri Hökumət Təşkilatı Respublika Təlim Mərkəzinin birgə dəstəyi ilə “Regionlarda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi” layihəsi çərçivəsində dəyirmi masa keçirilib. Şəhər ictimaiyyətinin, mətbuat işçilərinin, şəhid ailələri üzvlərinin, birinci və ikinci Qarabağ müharibəsi qazilərinin, Mingəçevir Bələdiyyəsinin, Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Tibb Kollecinin, Mingəçevir Turizm Kollecinin ictimai şura üzvləri, Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr, hüquq mühafizə veteranlar şurası şəhər şöbəsinin nümayəndələrinin, idarə və müssisələrin əməkdaşlarının, tələbələrin, gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın qorunması, azad olunması yolunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan Bakı Qeyri Hökumət Təşkilatı Respublika Təlim Mərkəzinin sədri Rauf Zeyni, layihənin eksperti Ramil Əliyev ictimai iştirakçılıq, layihə çərçivəsində görülən işlər haqqında məlumat verdilər. Tədbirin təşkilində göstərdikləri diqqət və qayğıya görə şəhər İcra Hakimiyyətinə, əlaqədar sahə rəhbərlərinə minnətdarlıqlarını bildirdilər. Tədbir iştirakçılarından Fərman Nəbiyev, Tahir Məmmədov, Əliqismət Kərimov, Mirzə Cavadov, İxtiyar Həsənli, Nihat Musayev, Nazim Niftəliyev, 44 günlük Vətən müharibəsi qaziləri Pərviz Məmmədov, Nurlan Vəliyev, Həsən Məmmədov və başqaları Mingəçevirdə sakinlərin rastlaşdığı problemlərdən danışdılar. İstilik sisteminin olmaması, su kanalizasiya sistemində qarşıya çıxan problemlər, ekologiya sahəsində mövcud olan problemlər, qazilərin mənzilə olan ehtiyacları və s. məsələlər əsas müzakirə obyektinə çevrildi. Qaldırılan hər bir məsələ ətrafında geniş müzakirələr aparıldı.

Keçidlər