Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Qurban Bayramı münasibəti ilə tədbir keçirilib

27 may 2026 | 13:20

      Müqəddəs Qurban Bayramı münasibəti ilə Mingəçevir şəhər İcra Hakiimiyyətinin təşkilatçıllğı ilə keçirilən tədbirdə şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər iştirak edibıər. Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dostluq, mərhəmət, nəciblik, paylaşmaq kimi ülvi duyğuları özündə birləşdirən Müqəddəs Qurban bayramı münasibəti ilə iştirakçıları, onların timsalında ailə üzvlərini, bütün mingəçevirliləri təbrik edərək xoş arzularını çatdırıb, ruzu bolluğu, arzulayıb. İslam aləminin ən ülvi bayramlarından olan bu əziz bayramın artıq altıncı ildir ki, dövıətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman Vətən övladlarının, şəhidlərin şücaəti, fədakarlığı ilə azad olunan yurd yerlərində də qeyd olunduğunu bildirib. 85 min nəfərdən artıq keçmiş məcburi köçkünün öz ata yurdlarına qayıtdığını bildirən şəhər rəhbəri xalqımıza bolluq, bərəkət arzusunu dilə gətirib. İcra Hakimiyyəti tərəfindən 500-dən artıq şəhid ailəsinə və qazilərə qurban payı veriləcəyini qeyd edərək Şəhər Bələdiyyəsi tərəfindən isə 135 aztəminatlı ailəyə qurban payının bölüşəcəyini bildirib. Bu o deməkdir ki, vətəndaşların həyat tərzinin və rifah halının yaxşılaşması dövlətimizin hər zaman diqqətindədir. Sonra din xadimi tərəfindən dualar oxunub, qurbanlar kəsilib. Bayram təbrikləri, evlərə, süfrələrə bərəkət, əmin-aman və firavan həyat arzuları səslənib.

Keçidlər